KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. PUTİNİN ÇEMPİONAT DÖVRÜNDƏ ƏN ÇOX QORXDUĞU NƏDİR?

PUTİNİN ÇEMPİONAT DÖVRÜNDƏ ƏN ÇOX QORXDUĞU NƏDİR?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
290 0

Rusiya prezidenti Vladimir Putin fütbol üzrə dünya çempionatına milyardlarla dollar pul xərclədi, yeni stadionlar tikdi, milyondan çox azarkeş Rusiyaya səfər edib, üstəgəl dünyanın aparıcı televiziya kanalları Rusiyadan 1 ay ərzində verilişlər yayınlayacaqlar. Yəni dünyada 1 ay hamı Rusiyadan və rusların qonaqpərvərliyindən danışacaq. Ona görə də Putin bu yarışa xüsusi önəm verir, həm özünün, həm də Rusiyanın müsbət imicinin formalaşdırılmasına çalışır. Putini ən çox narahat edən çempionat boyu yaxın ətrafda sakitliyin pozula biləcəyidir. Məsələn, Putin çox ehtiyat edir ki, Ukrayna ordusu məqamdan istifadə edərək Donbass separatçılarına qarşı hücum əməliyyatları həyata keçirə bilər. Bu baş versə, çempionata ciddi zərər dəyəcək. Təsadüfi deyil ki, Rusiya prezidenti ötən həftə bununla bağlı suala cavab verərkən əvvəlcədən hazırladığı cümləni işlətdi: “Ukrayna futbol çempionatı dövründə təxribat törətsə, başına elə oyun açarıq ki…”

Putin Azərbaycanla Ermənistan arasında təmas xəttində də heç olmazsa 1 ay atəşkəsə riayət edilməsini arzulayır. Təsadüfi deyil ki, Putin çempionatın açılışı sırasında Nikol Paşinyanı İlham Əliyevlə tanış edib və liderlər bir-birlərinin əllərini sıxıblar. Atəşkəsin kövrək olduğunu bilirik. Ancaq hər halda Moskvada çempionatın açılışına qatılan liderlər Putinin xahişini də yerə salmayacaqlar.
ELHAN Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir