KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Putindən sonrakı Rusiya necə olacaq?

Putindən sonrakı Rusiya necə olacaq?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
335 0

Vladimir Putinin 2018-ci ildə yenidən Rusiyanın prezidenti seçiləcəyi şəksizdir. Maraqlı olan sonrasıdır. Yəni indidən 2024-cü ilin hesablarını diqqətə almaq lazımdır. Putindən sonrakı Rusiyanın taleyi necə olacaq? Bir neçə variant var:
1.Putin tamamilə siyasətdən əl çəkir və yerini məmurlarından ən güvəndiyinə verir.
2.Yenə yerini ən güvəndiyi məmuruna verir, siyasətdən çəkilir, ancaq bütün ipləri yenə də əlində tutur.
3.Hansısa fövqəladə bir hadisə baş verir, konstitusiya dəyişdirilir və Putinin konkret ömürlük prezdentlik yolu açılır.
4.2018-ci ildə tətbiq etdiyi ssenaridən təkrar istifadə edir.
Təbii ki, onun bu dörd seçimdən hansını edəcəyi hakimiyyətinin növbəti 6 illiyində aydınlaşmağa başlayacaq. Ancaq mənə görə Putin artıq öz qərarını verıb. Biz isə onun qərarını bir yana qoyub bu dörd ssenarini ayrı-ayrılıqda təhlil edək.
Birinci ssenari inandırıcı görünməsə də realdır. Hər nə qədər fiziki cəhətdən güclü olsa da Putin də bir insandır və artıq yaş öz sözünü deyir. Əgər bunu düşünürsə bu bəlkə də planlarından onun üçün ən sonuncusudur. Qeyd edim ki, əgər Putin Medvedev kimi liberal bir siyasətçiyə ölkəni təhvil versə o zaman hakimiyyətdəki mühafizəkarlar ünsurlar təmizlənməlidi. Plan budursa seçkidən sonra ilk növbədə Rosneftin rəhbəri İqor Seçin bitiriləcək. Yox əgər mühafizəkar birisi, məsələn baş nazirin müavini Dmitri Roqozin gətirilərsə bu altı illikdə bizlər baş nazir Medvedev və Moskvanın meri Sergey Sobyanin kimi məmurların vurulmasının şahidi olacağıq. Bəlkə də tamam fərqli biri gətiriləcək, məsələn müdafiə naziri Sergey Şoyqu. Zənnimcə, yenə də dövlət rəhbərliyində ciddi dəyişikliyə gediləcək. Ancaq onu qeyd edim ki, Şoyqu Putin və Rusiya üçün münasib variant ola bilər. Çünki “yoldaş marşal”’ hər şeyin yerini və dəyərini bilən biridir.
İkinci ssenari üçün Medvedev ən yaxşı variantır. 4 il göstərdi ki, Medvedev Putinə sadiq insandır. Həm də o Şoyqu və Roqozin kimi sərt biri deyil. Baxmayaraq ki, Gürcüstanla savaş onun dövründə olmuşdu.Yenə də Qərb sanksiyalarının qarşısında dayana biləcək bir liderdir.
Üçüncü ssenari bir qədər inandırıcı olmasa da bu da bir ehtimaldır. Rusiya Belarusla konfederasiya təşkil edər və yeni konstutusiya qəbul olunur.Bu zaman Belarus prezidenti Aleksadr Lukaşenko baş nazir, Putin isə prezident kimi yoluna davam edəcək.
Dördüncü ssenari isə istifadə olunub özünü doğrultmuş bir ssennaridir. Bu zaman Medvedevlə bərabər biz Sobyanin, hətta bir az da irəli gedərək Şoyqunun, hətta və hətta daha da irəli gedərək Roqozini də namizəd kimi göstərə bilərik. Bu zaman dövlətin başında kimin olmasının önəmi yoxdur. Çünki dövləti yenə Putin idarə edəcək. Hal-hazırdada dövləti Vladimir Vladimiroviç idarə edir və Rusiyanın gələcəyi onun əllindədir.


ZEYNAL ƏMRƏLİYEV,
Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir