Nadir Şah və qızılbaşlar

Rus parlamentosunda Türkiye ile ilişkilerden sorumlu görevine önemli bir isim atandı

Трамп поможет Путину привлечь саудовские деньги на восстановление Сирии

KADIN YOKSULLUĞU ve SOSYAL POLİTİKA ​

Paşinyanın Gürcüstan səfəri sona çatdı

Ermenistan, Gürcistan 4 Haziran 2018
80

Bu səfərin nəticələrini təhlil edən ekspertlərin əksəriyyəti uğursuz səfər olaraq qiymətləndirirlər.Hətta Paşinyanın ermənilərin toplum şəkilində yaşadığı Cavaxetiya bölgəsinə səfərini separatizmə dəstək kimi qiymətləndirərək , bu addımı Azərbaycanın keçmiş prezidenti Əbülfəz Əliyevin İranla bağlı siyasəti ilə eyniləşdirməyə cəhd edənlər də oldu.Ümumiyyətlə Azərbaycan mediasında davamlı olaraq Paşinyan səriştəsiz dövlət başçısı kimi təqdim edilir.Hətta onu Nemət Pənahlıya bənzədənlər də oldu.Ermənistanda prezident seçkiləri ərəfəsində Armen Sarkisyanın seçilməsini dəyərləndirərkən bu ölkədə yeni qüvvələrin gələcəyini və bü qüvvələrin Qarabağ məsələsində bizim üçün kifayət qədər problemlər yaradacağını demişdim.Artıq bu istiqamətdə hazırlıqlar görülür və Paşinyanın Dağlıq Qarabağ ermənilərinin tərəf olaraq danışıqlarda iştirakını şərt olaraq irəli sürmək niyyətindədir.Bu bəyanat səslənsə də hələ ki, hüquqi zəmini yoxdur.Sözsüz ki, Paşinyan bu cəhdini qərbin və eyni zamanda Rusiyanın dəstəyi ilə həyata keçirməyə cəhd edəcək.Yaxın zamanlara ATƏT-in bu istəyi aktiv dəstəkləyəcəyi də mümkün görünmür.Üzümüzə gələn illərdə Avropaya nəql ediləcək Azərbaycan qazının həcminin artırılması gözlənilir. Hələ ki,bu faktor bizə zaman udmaq üçün kömək olacaq.Lakin biz qarşıdakı illərdə bu problemi gözə almalıyıq.paşinyan və onun yeni komandası heç də bizim siyasi texnoloqların təqdim etdiyi kimi qaragurhurçu dövlət başçısı deyil.Onu bu sayaq qiymətlənirməkılə bəzi siyasi texnoloqlarımız xalqın və hətta hakimiyyətin başının altına yastıq qoymaq missiyasını yerinə yetirilər.Düşməni layiqincə qiymətləndirməsək , sonda acı nəticələrinə qatlanmaq zorunda qalacağıq. Azərbaycan tərəfi isə Ermənistan Azərbaycan Dağlıq Qarabağ danışıqlarında tərəf olaraq qarabağın Azərbaycan icmasının iştirakını tələb etməlidir.
Nikol Paşinyanın Gürcüstan səfərinin əsas məqsədi Ruisya ilə quru yol vasitəsilə yük daşımalarının intennsivliyini artırmaq üçündür.Bu səfərdən sonra bu istiqamətdə yükdaşınmaların intensivliyi tam gücü ilə bərpa olmasa da daha 50 faiz artacağı gözləniləndir.Paşinyan Serj Sarkisyandan fərqli olaraq İran, Rusiya və qərblə yüksək səviyyəli münasibətlər qurmaq niyyətindədir.
VAsif Efendi

Yorumlar