KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. “Paşinyanı gönderenlər qarşımıza yeni model Koçaryan və Sarkisyan oturdacaqlar”

“Paşinyanı gönderenlər qarşımıza yeni model Koçaryan və Sarkisyan oturdacaqlar”

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
287 0

Fikrimcə, Paşinyan Ermənistan reallıqlarını nəzərə alsaq son 30 ildə Irəvanda hakimiyyəti əlində tutanlar arasında müqayisəli olaraq bizə ən sərf edən siyasi fiqurdur. Bunu 4 məqam şərtləndirir:

1.Petrosyan, Koçaryan və Sarkisyanla müqayisədə Paşinyanın təsirli fiqur kimi Azərbaycan ərazilərinn işğalında praktiki iştirakı olmayıb.

2.Petrosyan, Koçaryan və Sarkisyanla müqayisədə Paşinyanın hakimiyyətə gəlməsində Qarabağ məsələsi əsas motivi təşkil etməyib.

3. Paşinyanın korrupsiya ilə mübarizəsi praktikada Ermənistanda Qarabağ klanının zəifləməsinə xidmət edir.

4.Paşinyan keçmiş siyasi liderlərlə müqayisədə Ermənistanin Rusiyadan uzaqlaşmasını siyasi ritorikasında ən çox istifadə edən fiqurdur. Unutmayaq ki, Qarabağ məsələsinin siyasi və hərbi həllində Ermenistan rəhbərliyi ilə Rusiya arasında qarşılıqlı problemlərin olması və qarşılıqlı inamın azalması en mühüm strateji zərurətdir.

Bu motivlər çərçivəsində Paşinyan xüsusiylə iki tərəfə sərf etmir: Ermənistandaki Qarabağ klanına və Rusiyaya.

Hər ikisi Paşinyanın uğursuzluğa düçar olması üçün xüsusi cəhdlə çalışırlar.
Bu cəhdlərinin bir istiqaməti Paşinyanin nôvbədən kənar seçkilər keçirərək daxili siyasətdə güclənməsinə mane olmaqdır.Ikinci istiqaməti Paşinyanın öz siyasi gücünü artırmaq üçün Qarabağ klanına qarşı mübarizəsini boşa çıxarmaqdır.Koçaryanin azadlığa buraxilmasi bunun bariz nümunəsidir. Üçuncü istiqaməti, Qarabağ vë Azərbaycan barədə Paşinyanı Azərbaycanla masaya oturmayacaq qədər radikal məsajlar verməyə məcbur etməkdir.(Paşinyana Qarabağla bağlı təxribatçı və tələ mahiyyətli suallar verən Ermeni jurnalistlərin Qarabağ klanı və Rusiyanın sifarişlərini yerinə yetirdikləri ortaya çıxsa şaşırmayın!!!)

Unutmayın Paşinyanı göndərənlər, qarşımıza yeni model Koçaryanı və Sarkisyan oturacaqlar…
Nazim Cafersoy

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir