KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gürcistan
  4. »
  5. Nuri Paşa Şimali Azərbaycan üçün nədirsə…

Nuri Paşa Şimali Azərbaycan üçün nədirsə…

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
311 0

İranlılar, İranlılar!
Ey ürəyi dolu qanlılar!
Durun gedəyin pişvaza
Gəlir mehriban osmanlılar (1)

Nuri Paşa Şimali Azərbaycan üçün nədirsə, Əli İhsan Paşa və fədakar əsgərləri də Azərbaycanın cənubunda yaşayan soydaşlarımız üçün o qədər uludur.
Birinci Dünya müharibəsi illərində torpaqlarımızın cənub hissəsində erməni-aysor və ingilis-rus müttəfiqlərinin zülmünə və soyqırımına məruz qalan, Tehrandan yardım gəlməsindən əlini üzən soydaşlarımız Osmanlılardan yardım istəyir. Burada həmin dövrdəki hadisələrin şahidi olan Fəthəddin Fəttahinin qeydlərindən bəzi hissələri əlavə şərh vermədən paylaşıram:
“Tehran və mərkəzi hökumətdən ümidini kəsən azərbaycanlılar osmanlı xəlifəsi və türk qoşununun komandirliyindən yardım istədilər. General “Əli İhsan Paşa” 15 min əsgərlə müsəlman azərbaycanlı qadınlar və uşaqlara yardım etmək, eyni halda osmanlı ordusunun şərq cəbhəsinin rus, ingilis və onlara aldanmış erməni və aysorların əlinə düşməsinin qarşısını almaq üçün vəzifələndirildi.
Əli İhsan Paşanın əsgərləri əllə, dırnaqla qayalara və uca dağ yamaclarına qalxdılar. Kifayət qədər yemək götürə bilməmişdilər. Hər əsgər cibinə azca qovurulmuş buğda tökmüşdü. Bəziləri dağlardan düşərək, bəziləri aclıqdan və yorğunluqdan öldü. 10 minə yaxın əsgər ruslar və Mar Şimonun (aysorların lideri) təsəvvüründən 20 gün əvvəl Təbrizə çatdı.
Mən öz gözlərimlə Təbriz küçələrində Əli İhsan Paşanın cəsur və inamlı əsgərlərinin ayaqlarında ayaqqabı olmadığını gördüm. Dağların iti qayaları və daşları ayaqqabılarını məhv etmişdi. Çılpaq ayaqlarından qan axırdı. Paltarları bütün yırtılmışdı, əlləri, qolları və üzləri yaralı idi. Dodaqlar aclıqdan və susuzluqdan qurumuş, bənizləri solmuşdu, lakin gözlər inanc nuru ilə, ürəkləri isə cəsarət və ümidlə dolu idi.

Təbriz sevincə qərq olmuşdu, insanların məyus və solğun ürəklərinə həyat müjdəsi geri qayıtmışdı. Kişilər və qadınlar küçələrə axışıb Əli İhsan Paşanın əsgərlərini – xilaskar mələkləri – şirin can kimi bağırlarına basdılar… kişilər, qadınlar, yaşlılar, gənclər və uşaqlar sevinc göz yaşları ilə canlarını qurtaran bu nəcib türk əsgərlərini öpüşlərə qərq etdilər. Əsgərlər isə bir tərəfdən utancaqlıq və həyadan, digər tərəfdən yorğunluq və aclıqdan başlarını aşağı salıb sadəcə yerə baxırdılar.
Ümid Niayesh kafkassam Urmiye
(1) Cənab Mohammad Babaee nin rəhmətlik nənəsindən eşitdiyi və həmin dövr urmiyalılar arasında tərənnüm olunan şeir nümunələrindəndir. Həmin xanımın bütün qohumları Cilovluq soyqırımında qətlə yetirilib.

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir