KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Nazim Cafersoy’dan sualler

Nazim Cafersoy’dan sualler

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
292 0

1. Putin hakimiyyəti bu mərhələdə Paşinyanın getməsini istəyər?
2.Rusiya regionda böyük bir Qarabağ böhranı istəyər?
Cavab:
Bu iki sualın bir biri ilə yaxın əlaqəsi var. Paşinyanı göndərmək istəyənlər revanş istəyənlər. Bu da 10 noyabr razılaşmasında Rusiyani içinə çəkəcək böyük problemlər deməkdir. Bu mərhələdə Putinin Pasinyanın gedişini taktiki baxımdan arzu etmədiyini düşünürəm. Razilasmaya əməl olmasa, 2 min Rus əsgəri müharibənin ortasında qalar, Qafqazda içində Türkiyənin olduğu və NATO-nun belə qarışacağı böyük müharibə risqi yaranar. Bu Rusların 80 ildir əlləşdiyi Türkiyəni NATO və ABŞ-dan ayırma siyasətinin uğur qazanmağa çox yaxın ikən iflası deməkdir. Üstelik ABŞ və digər Qərb dövlətləri bölgədə hərbi fəallıq imkanı qazanacaqlar. Rusiyanın Azərbaycanla münasibətləri dibə enəcək. Bölgədə Rusiya Ukrayna benzeri, bəlkə ondan böyük bir böhranla qarşılaşacaq. Yetərincə böyük problemləri olan və 44 gün boyunca bu cür bir ssenariyə daxildən və Ermənistandan təkidlərə baxmayaraq məsafəli qalmağı seçən Rusiya bu ssenariyə gedər mi? Şübhəsiz köhnə Rusiyaçilar bunun istərlər, amma fikrimcə Rus dövlət ağlı bu qədər problemli bir məsələni öz mövzusu etmək istəməz.
Digər tərəfdən Ermənistan bu müharibənin revansini alacaq gücə malik deyil. Azərbaycan ilk addım kimi Xankəndi daxil olmaqla geri qalan hər yeri götürəcək 3-4 günə. Müharibə davam etsə bu iş İrəvanın real mənada sonu olacaq. Bu arada regionda yəni Azərbaycanda Türklərin də ən az bir neçə minlik ordusunu da unutmayaq. Yenə də hər ehtimala hazırlıqlı olmalıyıq. Necə deyərlər, sülh istəyiriksə müharibəyə tam hazır olmalıyıq!
Nazim Cafersoy

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir