İslamcıların Halep komedisi İran’a dur Ruslara vur!

Selçuk Duman: Afganistan’da tırmanan terör neyin işaretidir

Ukrayna ve Gürcistan’daki gelişmelerin Türk Akımı projesine etkileri

Lavrov: Rusya ve Çin ‘iyi bir anlaşma paketine’ imza atacak

NAXÇIVAN DƏMIR YOLU ABXAZIYA DƏMIR YOLUNU ƏVƏZ EDƏCƏK VƏ RUSIYANI İRAN VƏ ERMƏNISTANLA BIRLƏŞDIRƏCƏK

Gündem 5 Şubat 2021
62
MAKEDONYA'DA SINAVSIZ ÜNİVERSİTE

İranın xarıcı ışlər naziri Cavad Zərifin Bakı, Tiflis, Yerevan, Ankara və Moskvaya səfəri Tehranın ikinci Qarabağ savaşından sonra bölgədə mövqeyini müəyyənləşdirmək və gücləndirmək üçün çalışdığının nümayişidir.

Xatırladaq ki ,Qərbin Yaxın Şərqdə həyata keçirdiyi “inqilablar” nəticəsindəİran bölgədə təsir gücünü artırıb.

İran savaş başlanandan bir qədər gec- artıq Azərbaycan işğal olunmuşərazilərinin azad olunmasında əsaslı qələbə qazanandan sonra Ermənistanı müharibənin səbəbkarı kimi qınaması Rusiya faktorundan əlavə , Qərbin proseslərə necə reaksiya verəcəyi ilə bağlı idi. Lakin , prezident İ.Əliyev çıxışlarından birində 44 günlük savaş müddətində Rusiyanın narazılığına baxmayaraq İranın Ermənistana göndərilən silahların tranzitinə icazə vermədiyini qeyd etməsi də Tehranın bölgədə istədiyi kimi siyasət yürütməsinə Moskvanın əngəl olmasına işarədir.

NATO üzvü ,iddialı bölgə gücü olan Türkiyənin ilk gündən Azərbaycanı qeyri-şərtsiz dəstəkləməsi və savaş sonrası Rusiya ilə birgə Qarabağda sülhün qorunmasına Birgə Monitorinq Mərkəzində iştirakı Tehranı daha çevik olmağa məcbur etdi.

NATO üzvü olan aparıcı Avropa dövlətlərinin də müharibə dövründə Azərbaycanı dəstəkləməsi və Rusiya ilə Türkiyənin də münaqişədən sonra bölgədə yanaşı olması artıq NATO maraqlarının qismən təmin olunduğununun nişanəsidir.

Savaş bitəndən sonra Bakıya səfəri zamanı R. T.Ərdoğanın bölgədəəməkdaşlığı irəlilətmək üçün Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan vəəgər istəyərsə Ermənistanın iştirakı ilə “altılar platforması” təklifiini cənab Zərifin bölgə səfərində “İranın 10 Noyabr Bəyannaməsi formatında altı tərəfli (3+3)regional əməkdaşlığın inkişafında iştirakı“ bəndi ayrıca müzakirə mövzusu olub. İranın Azərbaycanın işğaldan azad olunmuşərazilərinin bərpasında iştirak etmək və yatırım qoymaq niyyəti bu niyyəti daha da dərinləşdirməyə xidmət edəcək.

Qafqaz üzrə iranlı ekspert Əhməd Kazemi İRNA agentliyinə verdiyi açıqlamasında 44 günlük savaşdan sonra bölgəmizdə yaranan yeni siyasi, hərbi və təhlükəsizlik nisbətinin dəyişdiyini vurğulayıb.1. Göründüyü kimi, İran bu proseslərdəöz yerini tutmağa hazırdır.

Daha bir diqqətçəkən məqam isə, noyabrın 10-da əldə olunan anlaşmaya əsasən Naxçıvana dəmir yolu xəttinin çəkiişidir. Bu yol Rusiyanı Ermənistan vəİranla birləşdirəcək. Zərifin Azərbaycana səfərindən sonra Naxçıvanı da ayrıca ziyarət etməsi bu yolun əhəmiyyətini və onun istismarından doğan nəticələrin vacibliyini göstərir.

Maraqlı bir xatırlatma yerinə düşər: uzun illərdir Abxaziya dəmir yolunun bərpası və onun Ermənistana oradan isəİrana uzadılması müzakirələr mövzusu idi. Gürcü ekspertlərinin fikrincə , Abxaziya dəmir yolu Rusiyanın Ermənistana silah göndərməsi vəİran nüvə stansiyasından nüvə tullantılarının daşınmasıüçün vacib olduğunu bildirirdi. Eduard Şevardnadze dövründə bəzi danışıqlar aparılsa da,Moskvanın şərtləri Tiflisi qane etməmişdi. Moskvanın 2008 ci ildə Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlət kimi tanımasından sonra Abxaziya dəmir yolunun açılmasına qayıtmaq cəhdi olsa da bu, baş tutmamışdı. Azərbaycan da vaxtilə Ermənistanla münaqişənin davam etdiyi dövrdə Abxaziya dəmir yolunun bərpasına qarşıçıxırdı. Tiflisi isə bu məsələdə təmin etməyən səbəblərdən biri isə, ölkə ərazisindən keçən yüklərin Gürcüstan sərhəd-gömrük xidmətinin nəzarətindən kənarda qalması idi. Naxşıvan dəmir yolu xəttində isə kontrol Azərbaycanda qalır.

Təbii ki, Ermənistanla Naxşıvan koridoru ilə Rusiya və İranla kommunikasiya yarada biləcək.

Başqa bir məsələ isə 2020 -ci il dekabrın 31-də Azərbaycanın kommersiya qazının Trans-Adriatik Boru Kəməri vasitəsilə Avropaya nəqlinin başlanması və 2021-ci ilin yanvarın 21-dəAzərbaycan və Türkmənistan arasında Xəzər dənizindəəvvəllər mübahisəli olub Azərbaycanca Kəpəz‎,türkməncə:Sərdar adlanan “Dostluq” qaz yatağının birgə istismarı haqda razılaşma əldə olunmasıdır.

İranla Azərbaycan arasında da mübahisəli yataqların olduğunu nəzərə alsaq, Tehran və Bakı bu məsələətrafında da razılığa gəlməsi mümkündür. Nəticədə , Azərbaycanın müxtəlif tərəflərlə razılığa gəlmək kimi diplomatik uğurlarını nəzərə alaraq İran qazının Avropaya çıxışının da mümkün olacağını gözləmək olar.

1. تور دیپلماتیک ظریف نقطه عطفی در دیپلماسی قفقازی ایران بود – ایرنا (irna.ir)

Gülnara İnanc “Etnoqlobus” Beynəlxalq onlayn analitik mərkəzinin direktoru, ekspert

Yorumlar