KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Nadir Şah və qızılbaşlar

Nadir Şah və qızılbaşlar

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
629 0

Qızılbaşların yurdlarından qoparaq Xorasanın, Azərbaycanın, Qafqazın, Şirazın, … susuz və verimsiz bölgələrinə daşınmalarının səbəbi nə idi? Gerçəkdən Heydər oğlu İsmayılı imam mehdi olaraqmı görüb yurdlarını tərk etdilər? Toplum olaraq tamamən bir ölkəni tərk edib daha verimsiz başqa ölkələrə axın etmək bu qədər asanmı? Kollektiv düzeydə yer dəyişiminin sosiolojisi incələnməzsə, bilimsəl bilgi əldə etmək mümkün ola bilərmi? Nədən qızılbaşlar Anadolunu tərk edib Xorasanın, Qafqazın, Şirazın, Azərbaycanın ən verimsiz iqlimlərinə yerləşdilər? Bunun nə faydası vardı? O dövrdə bu yaşam yerini dəyişməkdə qızılbaş kütləsi nə fayda görürdü? Bir toplum necə olar da daha sevimsiz, daha verimsiz yaşam yurdlarını tərcih edər? Bu təmayül ağla qarşı deyilmi? Bu soru üzərinə dərin-dərin düşünmək gərəkir. Əcəba bu hadisəyə böylə bir pəncərədən yanaşmaq olarmı ki, Mərkəzi Asiyanın quraq çöllərindən Anadolunun bozqırlarına yerləşən türklər hələ də yerləşmək üçün verimli torpaqlar bulamamışdılar. İqtisadi qaynaqları heyvandarlıq olan türklər üçün Anadolunun bozqırları da uyqun məkan deyildi, çünkü su qıtlığı vardı. Sərt iqlim qoşulları və türklərin Orta Asiyadan tarixi bilincaltılarında gətirdikləri aqressiv yaşam qoşulları onlarda uyqun yaşam yerləri arama duyqusunu mütləq qurtarıcı bir karizmatik lider kişiliyinə uyma hissi ilə özdeşləşdirmişdir. İsmayıl adında saxtakar bir mehdi onların bu inancını sömürə bilmişdir, çünkü bu inanc zatən sömürülmək üçün çox yatqındır. Böyləcə Anadolunun bozqırlarında köklü iqtisadi, sosial, tarımsal, kültürəl təcrübələri və anıları, vətənləşən torpağa bağlılıqları olmayan ələvilər ilk öncə qızılbaş oldular. Qızılbaş nədir? Qızılbaş Şah İsmayılın dədələrinin birinin fars dilində olan adıdır. Səfəvi qaynaqları onun kürd olduğunu bildirməkdədirlər. Şah İsmayılın dədələrinin birinin adı “Zərrinkülah” olmuş. “Əlkürdi Əlsəncaninin oğlu Zərrinkülah.”1 Ələvilərin farscaları olmadığı üçün “zərrin külah” sözünü Səfəvi soyu türkcəyə tərcümə edərək qızılbaş etmişlər. “Qızıl baş” sözü “zərrin külah” sözünün tam olaraq türkcə qarşılığıdır. Anadolunun yoxsun və yoxsul susuz çöllərində yaşayan türklər qızılbaşlaşdılar. Bir yandan da Osmanlının əzici basqıları, ağır vergiləri, türkləri aşağılamaları və zülmü onların gününü qara etmişdi. Böyləcə klimatoloji və siyasi olaraq bir neçə amil əl-ələ verərək qızılbaşlaşan ələvilərin yurdlarını tərk edərək bəlirsiz bir hədəfə, uydurulmuş Səfəvi yalanına doğru toplu şəkildə hərəkət etmələrinə yol açmışdı. Qızılbaşlaşan türklər 300 il boyunca fars irqçiliyinin amacları yolunda gərəksiz əşya kimi qullanıldılar. Səfəvi dövlətini qurub Sasaniyyəti diriltdikdən sonra şəhərlərə girmələrinə bilə izn verilmədi. Şahsevənləşdirilən qızılbaşlar Xorasanın, Şirazın, Qafqazların, Azərbaycanın susuz çöllərində mədəni ilişkilər dışında sərt köçəri həyatlarına davam etdilər. Şəhər həyatına alışmış Bayındırlı türklərini yox edib özləri də zərrə-zərrə su sızan bulaqların çevrəsində köyləşdilər. Kiçik köylər. Böyləcə səfəvizədə türklər fars irqçiliyinin amacları üçün savaşıb ölmək üçün insan ürətən fabrika halına gətirildilər. Məktəbi, kitabı, qələmi, şəhəri, mülkü, mədəni yaşamı olmayan köçəri türklər fars irqçiliyi mərkəzli İrani kimliyin təsisi üçün canlı makinalar olaraq qullanıldılalar. Sadəcə olaraq canlı makina. Səfəvi zülmətinə gömülərək insani kimliyini, ağlını, dilini itirib öz başına döyüb, zəncir vuran, molla-feodal köləsi olan, tarix dışı bu canlı makina sürülərini Nadir Şah Avşar tarixin içinə sövq etməyə çalışdı. Sasani kimliyi nostalgiyası üzərinə oluşdurulan “Əbubəkirə, Ömərə, Ayişəyə lənət” deyib gömüldükləri qaranlıqdan dışarı çıxmaq istəməyən qızılbaşlaşan türkləri Nadir Şah tərbiyyə etməyə çalışdı. Böyük türk kimliyi və geniş türk ölkələri içində qızılbaşlıq fəlakətini tarixdən silmək istəmişdi. Ruhlarını Səfəviyyət iblisi çalmış bu kütləni Nadir Şah tarixi millət etməyə özənmişdi. Lakin bu, asan deyildi. 300 illik Səfəvi zülməti türklərin gözlərini qaranlığa alışdırmışdı. İşıqdan qorxar hala gətirilmişdirlər.
1- İbni-Bəzzaz Ərdəbili, Səffətüs səfa, Zəryab nəşriyyatı, 1376 (h.ş)— Tehran, , s. 70.
Güntay Gencalp

İlgili Yazılar