Nikol Paşinyla Respublikaçılar Partiyası arasındakı gərginlik getdikcə qızışır

Türkiye’de dinlerarası diyolog fetöcülerden sonra Selefi RABITA tarafından yürütülüyor!

Rus televizyon: O gece NATO neden Erdoğan’a yönelik olası suikasta göz yumdu

Putin Merkel görüşmesi

MÖVQELƏRİMİZİN İRƏLİ ÇƏKİLMƏSİ PSİXOLOJİ ÜSTÜNLÜK QAZANDIRIR

Azerbaycan, Ermenistan, Gündem 7 Haziran 2018
85

Ermənilər Azərbaycan ordusunun Naxçıvan istiqamətində irərliləyərək strateji təpəni ələ keçirdiyini günlərdir tirajlayır, şəkillər yayırlar. Başqa sözlə itkilərini etiraf edirlər. Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla savaşacaq halı yoxdur və ordusuna komanda versə ki, “təpəni geri alın” bu hər iki tərəfdən itkiyə, o cümlədən 2016-cı ilin aprelinin təkrarına səbəb olacaq. Paşinyan daxilən belə bir qərara hazır deyil.

Buna baxmayaraq, Azərbaycan ordusunun Naxçıvanda ələ keçirdiyi təpə faktoru Paşinyanın əleyhinə işləyir. Çünki bu ciddi başlanğıca səbəb ola bilər. Onsuz da iki ölkə arasında sərhədlərin dəqiq çizgisi bəlli deyil, üstəgəl Dağlıq Qarabağın içindəki və ətrafındakı rayonların onlara aidiyyatı olmadığını özləri də anlayırlar. Demək, Azərbaycan ordusu Naxçıvan təcrübəsini hər yerdə genişləndirə bilər. Bu genişmiqyaslı müharibə deyil, strateji mövqelərin ələ keçirilməsi məqsədilə pozisiya döyüşləridir. Pozisiyalarımızı daima irəli çəkməklə düşmən üzərindəki psixoloji üstünlüyü ələ keçirə bilərik. Onsuz da bu gün Ermənistanda və Dağlıq Qarabağda hakimiyyətlər dayanıqlı deyil və bundan istifadə etmək lazımdır.
Elhan Şahinoğlu

Yorumlar