KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Moskvada görüşünü təşkil etməkdə nə marağı var?

Moskvada görüşünü təşkil etməkdə nə marağı var?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
418 0

Kremlin Azərbaycan və Ermənistan xarici işlər nazirlərini Moskvada görüşünü təşkil etməkdə nə marağı var? Axı Moskvanın əsas məqsədi münaqişəni həll etmək yox, mövcud vəziyyəti qorumaqdır. Rusiya hakimiyyəti aprel ayından çox qorxurdu, düşünürdülər ki, Azərbaycan ordusu bir il bundan öncəki hərbi əməliyyatı təkrarlaya bilər. Bu baş vermədi. Rusiya rəsmilərinin Azərbaycana çoxsaylı səfərləri nəticəsini verdi. Ancaq bu ümumilikdə hərbi toqquşma ehtimalını azaltmayıb. Snayperlərimiz fəal işləyirlər, elə gün olur ki, işğalçıların iki hərbçisi məhv edilir. Yəni onsuz da atəşkəsə riayət olunmur. Rusiyanın təklifləri isə bizi qane etmir.

Ermənistan rəsmilərinin “biz növbəti görüşdə iştirak etməyəcəyik” açıqlamaları isə oyundan başqa bir şey deyil. Guya narazıdırlar. Ancaq əslində Moskva görüşündə birbaşa özləri maraqlıdırlar, çünki bilirlər ki, Kreml Ermənistanın maraqları əleyhinə addım atmayacaq. Əskinə naz eləməklə Azərbaycanda “əgər Ermənistan danışıqlarda iştirak etmək istəmirsə, Moskvanın dəvətindən imtina edirsə, deməli bu avtomatik bizim xeyrimizədir, ona görə də Kremlin görüş təklifinə biz düşünmədən razılaşmalayıq” müzakirələrinin genişlənməsinə şərait yaradırlar. Biz görüşə dərhal razılaşırıq, bizdən sonra onlar da razılaşır, danışıqlar başa çatır, biz görüşdən narazı, onlar isə razı qayıdırlar. Belə görüşdən niyə imtina etsinlər ki? Bu da informasiya müharibəsinin tərkib hissəsidir. Status-kvonun, o cümlədən atəşkəsin uzanmasına yol açan bütün müzakirələr Ermənistanın xeyrinədir. Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir