Rus uzmandan uyarı: 15 Temmuz tekrarlanabilir

Վարչապետն անվստահություն հայտնեց խորհրդարանին

Ermənistan üçün Rusiya təhlükəsi getdikcə artır

ABD İNGİLİZ SÖZDE SAVAŞI

“Lirənin dəyərdən düşməsi Türkiyədə böhrana gətirə bilər”

Gündem, Türkiye 25 Mayıs 2018
29

Hasan Oktay: “Unutmaq olmaz ki, AKP hökuməti 2002-ci ildə iqtisadi böhran və ABŞ münasibətlərinin pisləşdiyi zamanda iqtidar olub”

Türkiyədə son günlərin əsas hadisəsi lirənin sürətlə ucuzlaşmasıdır. Son bir ayda lirə demək olar ki, hər gün ucuzlaşıb. Çərşənbə günü isə hətta 1 dollar 4,90 lirəni keçib. Ancaq sonrakı gün nisbətən sabitləşmə olub və 1 dollar 4,68-ə qədər enib.

Bu hadisə həm Türkiyədə, həm də dünyada ciddi müzakirələrə səbəb olub. Bilindiyi kimi, Türkiyə növbədənkənar seçkilərə hazırlaşır. İyunun 24-də Türkiyədə həm prezident, həm də parlament seçkiləri keçiriləcək. Artıq seçki kampaniyası davam edir və bu hadisə heç şübhəsiz ki, iqtidar üçün ciddi sınağa çevrilib.

Qərb mediası və analitiklər Türkiyə lirəsinin başına gələnləri Türkiyə hakimiyyətinin iqtisadi siyasəti ilə izah edirlər. Bir çox analizlərdə türk lirəsinin ucuzlaşmasında Ərdoğanın faizi tənqid edən açıqlamaları, Mərkəzi Bankla bağlı çıxışlarının bu qurumun müstəqilliyi ilə bağlı narahatlıqların da rol oynadığı bildirilir. Amerikanın “Wall Street Journal” nəşri Türkiyə prezidentinin Mərkəzi Banka qarşı “Suriya lideri Bəşər Əsəd münasibəti” göstərdiyini və faizi bütün pisliklərin anası adlandırdığını yazıb. Eyni zamanda qəzet Ərdoğanın Mərkəzi Banka nəzarət etdiyini yazıb.

Ötən çərşənbə günü Türkiyə Mərkəzi Bankı faizləri 13,5-dən 16,5-ə qədər artırıb. Bununla da dövlət iqtisadi qurumlarına etibar azalıb. Qəzetin iddiasına görə, hökumətin seçkilər öncəsi siyasi divident olaraq faizləri hədəfə alması əks nəticə doğurub və sərmayədarlar Ərdoğanın “siyasi kaprizləri” ilə əlaqədar riskə getmək istəməyiblər.

“Bloomberg” Agentliyi isə Mərkəzi Bankın faiz artımını “açıq yaranın üstünü sarğı ilə örtmək cəhdi” adlandırıb. Agentliyə danışan yerli ekspertlər isə faizlərin artmasının inflyasiyanı sürətləndirdiyini deyiblər.

Öz növbəsində “New York Times” qəzeti lirənin ucuzlaşmasının seçkilərdə Ərdoğan üçün problemə çevriləcəyini, təkrar seçilmə şansını azaltdığını yazır.

Ancaq yerli ekspertlər fərqli düşünür. Türkiyəli analitiklərə görə, lirənin seçki kampaniyası zamanı sürətlə ucuzlaşması Türkiyənin hazırkı iqtidarına zərbədir. Çünki Türkiyə cəmiyyətinə seçkilərdə inflyasiya və iqtisadi şərait ciddi təsir edir.

“Kafkassam” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Hasan Oktay “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, dünyada iqtisadi kiçilmə tendensiyası davam etdiyi bir zamanda ABŞ-ın İrana qarşı sərt addımlar atması istər-istəməz bazarları daha da hərəkətləndirir. Ekspertin fikrincə, dolların və neftin qiymətlərindəki dəyişiklik istər-istəməz Türkiyədə də iqtisadiyyata təsir edib: “Türkiyədə seçki kampaniyası dövrünə təsadüf etməsi bu birja hərəkətliliyinin siyasi təzyiq vasitəsi olaraq istifadə olunduğu iddialarını gündəmə gətir. Hökumət isə lirə böhranı ilə Türkiyəyə qarşı bir əməliyyat aparıldığını iddia edir və eyni zamanda bu əməliyyatın keçici olacağını bildirir”.

H.Oktay deyir ki, xarici sərmayədarlar Türkiyədəki pullarını geri, öz ölkələrinə aparırlar: “Eyni zamanda iqtidarda olan zəngin hökumət məmurları, iş adamları və ümumiyyətlə, bu iqtidar dövründə zənginləşən insanlar seçkilərdən sonra hökumət dəyişəcəyi təqdirdə əldə etdikləri sərvətlərin əllərindən alınacağı qorxusu ilə əldə etdikləri sərmayəni xaricə çıxarmağa çalışırlar. Nəticədə sürətli inflyasiya baş verdi. Bu fəaliyyəti idarə etməyə çalışan hökumət eyni zamanda hadisəni kampaniyaya çevirərək daha çox səs almaq üçün iqtisadi böhran və inflyasiyanın hazırkı iqtidara qarşı sui-qəsd olduğunu və planlı şəkildə həyata keçirildiyini iddia etməklə vəziyyətdən çıxmağa çalışır”.

Lakin H.Oktayın fikrincə, bu böhran seçkilərə qədər davam edəcək. Eyni zamanda analitikin fikrincə, vaxtında ciddi addımlar atılmasa ciddi böhran ola bilər: “Təcili tədbirlər görülməsə, hazırkı sıxıntılar Türkiyədə ciddi böhrana çevrilə bilər. Unutmaq olmaz ki, AKP hökuməti 2002-ci ildə iqtisadi böhran və Türkiyə-ABŞ münasibətlərinin pisləşdiyi bir zamanda iqtidar olub. Adətən böhranla gələn böhranla da gedir”.

Kənan RÖVŞƏNOĞLU, “Yeni Müsavat”

Yorumlar