KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Levon Ter-Petrosyan Dağlıq Qarabağa niyə gəlib?

Levon Ter-Petrosyan Dağlıq Qarabağa niyə gəlib?

Hasan Oktay Hasan Oktay - - 2 dk okuma süresi
433 0

Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan Dağlıq Qarabağa niyə gəlib?
petrosyan
Bu sual çoxlarını düşündürür. Levon Ter-Petrosyan hazırki prezident Serj Sərkisyanla müvəqqəti ittifaqdadır. Bu ittifaq hər ikisi üçün taktiki xarakter daşıyır. Keçmiş dövlət başçısı Robert Köçəryan Ter-Petrosyan üçün daha qorxulu fiqurdur. Levon Ter-Petrosyan Köçəryana qarşı Sərkisyanla mövqelərini yaxınlaşdırıb, ancaq bir müddət sonra bu ittifaq da dağılacaq. Hələliksə Levon Ter-Petrosyan Xankəndinə gəlməklə Sərkisyanın mövqelərini gücləndirməyə çalışır. Ancaq eks-prezident onu da yaxşı bilir ki, Sərkisyanın siyasi karyerasının sonu yaxınlaşır və onu xilas etmək praktik baxımdan mümkün deyil. Levon Ter-Petrosyan Sərkisyanın dəstəyi hesabına öz reytinqinı qaldırmaq istəyir. Dağlıq Qarabağa səfər də bu reytinq siyasətinin tərkib hissəsidir.
Eyni zamanda Serj Sərkisyan da Ter-Petrosyandan öz məqsədləri üçün istifadə etmək istəyir. Sərkisyan Dağlıq Qarabağ məsələsində Levon Ter-Petrosyandan dəstək gözləyir. Sərkisyanın Dağlıq Qarabağla bağlı planı yoxdur, Azərbaycanın mülki əhalisini hədəf almaq planı da işə yaramadı. Ona görə də Sərkisyan Qarabağ məsələsində Ter-Petrosyandan konsensus gözləyir. Çünki, Sərkisyan Dağlıq Qarabağla bağlı təkbaşına qərar vermək istəmir. Bu onun üçün böyük yükdür. Ancaq, məncə Ter-Petrosyanın da hələ ki, Qarabağla bağlı yeni fikri yoxdur. İnanmıram ki, Levon Ter-Petrosyan yaxın günlərdə “Ermənistan problemi həll etmək üçün Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmalıdır” fikrini dilə gətirsin. Bunu Levon Ter-Petrosyana, eləcə də indiki prezident Serj Sərkisyana Azərbaycan ordusu döyüş meydanında növbəti uğurları ilə dedizdirtməlidir.

elhan
Elhan Şahinoğlu atlas araştırmalar merkezi başkanı BAkü

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir