KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanlı: İrana karşı Azerbaycan İsrail ittifakı kuruldu

Fuad Gahramanlı: İrana karşı Azerbaycan İsrail ittifakı kuruldu

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
210 0

Azərbaycan İrana qarşı İsraillə birləşdi.

İran bu duruma biganə qalacaqmı?

İsraildə Azərbaycan səfirliyinin açlış mərasimində işirak edən xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən mətbuat konfransında onun israilli həmkarı Eli Kohen çox diqqət çəkən bir açıqlama verib.

O, deyib ki, “Azərbaycan və İsrail İranın təhdidini bölüşür. İran regionumuzu təhdid edir, terrora dəstək verməklə, maliyyələşdirməklə Yaxın Şərqdə qeyri-stabillik yaradır. Biz İrana qarşı birgə hərəkət etməliyik. İranın nüvə imkanlarını genişləndirməsinə imkan verməməliyik”, – nazir qeyd edib”.

Bu, o deməkdir ki, Azərbaycan İrana qarşı İsraillə bir koalisiyadadır və İsrailin İrana qarşı hazırda mövcud olan münasibətini də bölüşür. Yəni, artıq Azərbaycan rəsmi olaraq İranı özünə qarşı təhlükə, strateji təhdid sayır. Etiraf olunur ki, Azərbaycan və İran arasındakı münasibətlər bu gün İran və İsrail arasındakı düşmənçiliyə bənzər səviyyədə pisləşib.

Bu çox ciddi bəyanatdlr və Azərbaycan bu andan etibarən İranla bağlı öz təhlükəsizliyinə daha çox diqqət yetirməlidir. Bu təhlükəyə qarşı Azərbaycanın hansısa təhlükəsizlik təminatları varmı? Bilmirik, çünki İsrailin Azərbaycana bununla bağlı nə təklif etdiyi məlum deyil.

İran nə edəcək, bu bəyanata necə reaksiya verəcək, qarşıdakı dönəmdə görəcıyik. Bütün hallarda bu bəyanatdan sonra Azərbaycan – İran münasibətlərində gərginliyin və təhlükələrin daha da artacağını gözləmək olar.
İndi Azərbaycan Cənubdan gələcək təhlükəyə qarşı daha hazırlıqlı olmalıdır. Belə bir təhlükə isə ancaq Arazın o tayından deyil, həm də ölkə içində də mövcuddur. Çünki ötən 30 il ərzində İran ölkənin içində də kifayət qədər partlamamış minalar basdırıb.

Fuad Gahramanlı 

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir