KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kənan Novruzov: Qazaxıstanla bağlı gözlənilməzliklər mümkündür: sülhməramlı “oyunu” necə bitəcək?

Kənan Novruzov: Qazaxıstanla bağlı gözlənilməzliklər mümkündür: sülhməramlı “oyunu” necə bitəcək?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
334 0

Qazaxıstan Prezidenti Kasım- Comərt Tokayev parlamentdəki çıxışı zamanı KTMT sülhməramlı kontingentinin iki gündən sonra ölkədən çıxmağa başlayacağını deyib. Onun sözlərinə görə, bu proses on gün ərzində başa çatacaq: “Ölkədə vəziyyət sabitdir. KTMT- nin əsas missiyası başa çatıb”. O, həmçinin daxili problemlərdən söz açıb: “Qazaxıstana hücum planı mürəkkəb olub. Dövlət çevrilişi cəhdi isə baş tutmayıb. Qazaxıstan milli təhlükəsizlik sistemi yenidən fəallaşmalıdır. Ölkədə Milli Qvardiyanın yeni bölmələri və xüsusi təyinatlılar yaradılmalı, sərhəd xidmətinin fəaliyyətinə yenidən baxılmalıdır. Ölkədə dini ekstremizm və cinayətkarlığın qarşısı alınmalıdır. Baş vermiş böhtana səbəb ciddi sosial-iqtisadi problemlər və bəzi dövlət qurumlarının səmərəsizliyi, uğursuz fəaliyyəti oldu”.
İlk növbədə onu deyək ki, sülhməramlıların, doğrudan da da, on gün ərzində Qazaxıstanı tərk edəcəyi inandırıcı görünmür. Bu, Rusiyanın illərdir gördüyümüz, öyrəşdiyimiz siyasi kursuna uyğun deyil. Adətən Kreml girdiyi yerdən çıxmamağa çalışır. Əgər, həqiqətən, Tokayevin dediyi kimi olsa, deməli, Moskva Qazaxıstanda istədiyinə artıq nail olub. Bu, ölkəyə rus agentlərinin( və ya yeni agentlərin) yerləşdirilməsindən tutmuş ən müxtəlif ssenarilərə qədər özünü göstərə bilər. Ya da, ola bilsin, Rusiya Qazaxıstandan çıxmaq qarşılığında ondan nələrsə tələb edib. Xüsusilə, bəzi ekspertlərin düşündüyü kimi, ilk “not”dan etibarən “dirijor”un Rusiya olduğunu düşünsək, belə bir ehtimal daha çoxdur.
Ya da, ola bilsin, Rusiya dövlət başçısı Vladimir Putinlə Tokayev başından bəri əlbirdirlər. Bu mənada Qazaxıstan Prezidentinin sözügedən açıqlamasının ancaq və ancaq daxili auditoriyaya hesablanması qətiyyən istisna deyil. O, bu yolla ictimaiyyəti sakitləşdirmək və milli ruhunu göstərmək istəyə bilər. Sülhməramlıların ölkədə qalma müddəti uzananda isə bunun zərurət olduğunu deyəcək. Yəni qarşıdakı günlərdə Qazaxıstandakı ciddi hadisələr, o cümlədən süni toqquşmalar gözləniləndir.
Maraqlıdır ki, Tokayev xaosun səbəbini daxili sosial- siyasi problemlərdə görüb, hansısa xarici təhdiddən danışmayıb. Əslində danışa da bilməzdi. Nəinki Rusiyanı, Çini və Qərbi aqressor kimi təqdim etmək da ona baha başa gələrdi. Ancaq diqqətçəkən məqam başqadır: Tokayev sanki bir növ gələcək proseslər üçün “ayaq yeri” qoyur. İğtişaşların gələcəkdə də davam edəcəyini istisna etmir. Xüsusilə “Sərhəd xidmətinin fəaliyyətinə yenidən baxılmalıdır” cümləsi onu deməyə əsas verir ki, gələcəkdə bu istiqamətdə də Rusiyadan kömək “umula” bilər. Deməli, gələcəkdə sülhməramlıların nəinki ölkədən çıxması, hətta onların sayının artması da mümkündür.
Əlbəttə, proseslərin necə, hansı ssenari ilə inkişafı xeyli dərəcə türkdilli dövlətlərin reaksiyasından və daxili ictimai rəydən asılıdır. Bütün hallarda bu, hələ son deyil.
Kənan Novruzovkafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir