KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Kamal Aliyev:İran Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasından niyə narahatdır?

Kamal Aliyev:İran Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasından niyə narahatdır?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
236 0

Türkiyə və Ermənistan arasında siyasi-diplomatik münasibətlərin qurulması,normallaşma prosesi çərçivəsində qarşılıqlı olaraq pozitiv addımların atılması görünən budur ki,ən çox İran İslam Respublikasını narahat edir.Əlbəttə,Tehranın Ankara və Yerevan arasında münasibətlərin yaranmasına nümayiş etdirdiyi qısqanclıgın səbəbləri kifayət qədərdir;geosiyasi,geostrateji səbəblər demək olar ki,ən başda gəlir.Xatırlayıram ki,2008-2009-cu illırdə də Türkiyə-Ermınistan münasibətlərinin qurulması,”Sürix Protokolları”çərçivəsində danışıqlar aparılarkən də,Tehran olduqca narahat idi.Ancaq bu dəfə Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasında Paşinyan hökumətinin də istəkli oldugunu görürük.
Yeri gəlmişkən,2008-2009-cu illərdə Ermənistanın prezidenti olan Serj Sərkisyan Türkiyə ilə münasibətlərin qaydaya salınmasında o qədər də maraqlı deyildi.İndi isə situasiya tamam fərqlidir və Yerevan-Ankara münasibətlərinin normallaşması üçün elə bir ciddi maneə görünmür.Üstəlik,Azərbaycan tərəfi də Türkiyə-Ermənistan münasibətlərinin qurulmasına tərəfdardır.Halbuki,2008-2009-da Azərbaycan iqtidarı Ankara-Yerevan münasibətlərinin normallaşmasına qarşı çıxmışdı.
Eyni zamanda,44 günlük ikinci Qarabag müharibəsundə Azərbaycanın Ermənistan üzərində hərbi qələbəsi də Bakının Ankara-Yerevan münasibətlərinə yanaşmasını dəyişmişdir.Bundan əlavə,Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın keçən il oldugu kimi bu ildə Antaliya Diplomatiya Forumunda iştirak edəcəyi dəqiqləşib.Lakin Tehran Ankara-Yerevan xəttində münasibətlərin canlanmasından,Zəngəzur dəhlizinin reallaşmasından əməlli-başll narazıdır.Şübhəsiz ki,İran-Ermənistan münasibətlərinin taruxi kökləri var,ancaq indiki situasiyada bu iki ölkəni bir-birinə yaxınlaşdıran məqamlar çoxdur.

BİRİNCİSİ,Tehran Azərbaycan-Türkiyə tandemindən narahatdır.İran ikinci Qarabag müharibəsindən sonra NATO üzvü Türkiyənin Cənubi Qafqazda mövqelərinin güclənməsini həzm edə bilmir.Və İran prezidenti Ebrahim Rəisi və onun ətrafı ardıcıl olaraq regionun siyasi xəritəsinin dəyişilməsinə razı olmayacaqlarını bəyan edir.İrana görə,Türkiyə regiona yad ölkədir və Qərbin Cənubi Qafqazdakı geopolitik hədəflərini realizə etmək istəyir.Amma fakt budur ki,Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi Ankaranın artıq Cənubi Qafqazın əsas aktorlarından biri kimi təsbit edib.

İKİNCİSİ,Tehran düşünür ki,Ankara-Yerevan xəttində siyasi və iqtisadi münasibətlərin canlanması Türkiyəni Ermənistan üçün İrandan daha cəlbedici edir.Üstəlik,Türkiyə biznes elitasının,sənayesinin Ermənistana daxil olması birmənalı olaraq İranla rəqabətdə türklərə üstünlüklər verəcək.Ermənistan da öz növbəsində Türkiyənin strateji dəniz limanlarına çıxmaqla öz məhsullarını dünya bazarına təqdim etmək üçün fürsətlər əldə edəcək.

ÜÇÜNCÜSÜ,NATO-nun üzvü,Avropa İttifaqına namizədlik statusu almış,liberal iqtisadi modelə sahib olan,hər nə qədər islamçı-mühafizəkar iqtidar tərəfindən idarə olunmasına baxmayaraq,sekulyar ənənələrə malik olan Türkiyə Ermənistan üçün daha produktivdir.Təbii ki,bütün sadaladıgım keyfiyyətləri,üstünlükləri Nikol Paşinyan da dərk edir.İllər əvvəl Paşinyan həm jurnslist,həm də deputat olarkən,İranı da,Türkiyəni də ziyarət edib.Və Paşinyan hansı siyasi-iqtisadi modelin Ermənistan üçün üstün oldugunu bilir.Ortada sadə bir məntiq var:istənilən ölkənin iqtisadi inkişaf yolunun 50%-i qonşularla olan əlaqələrdən keçir.Əminəm ki,siyasəti Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyandan öyrənən Paşinyan da bu reallıgı dərk edir.Erməni baş nazir onu da anlayır ki,Türkiyə ilə siyasi-iqtisadi münasibətlər yoluna qoyulmasa,yaxın perspektivdə Rusiyanın təsir orbitindən çıxmaq olduqca məşəqqətli vəzifədir.Onu da nəzərə almalıyıq ki,Paşinyan qərbpərəstdir və onun fırqindədir ki,demokratik Qərbə inteqrasiyanın yolu İran və Rusiyadan keçmir.Ermənistanın bir dövlət kimi mövcudlugu,siyasi-iqtisadi qalxınmasının yolu,Qərbə inteqrasiyanın təməl xətti Türkiyə ilə münasibətlərini qeyd-şərtsiz normallaşdırmasından keçir.

Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir