KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanlı: Diplomatik fiasko-XİN öldümü?

Fuad Gahramanlı: Diplomatik fiasko-XİN öldümü?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
16 0

Dünən Avropa Parlamentində gedən müzakirələr çox dəhşətli bir reallığı ortaya çıxardı. Ölkəmizin xarici siyasətində XİN hər hansı rola sahib deyil və diplomatiyamız ölüb. O boyda Avropa Parlamentində bir nəfər tapılmadı ki, Laçın dəhlizi ilə bağlı keçirilən müzakirələrdə çıxıb Azərbaycanın mövqeyini müdafiə etsin. Azərbaycan etnik təmizlənmədən tutmuş, işğalçılığa, Qarabağdakı erməniləri blokadada saxlamağa qədər hər şeydə ittiham olundu. Cavab verən olmadı. Dünənki toplantı həm də ölmüş diplomatiyamızın cənazə törəni kimi görünürdü.

Bu da Fransa parlamenti deyilldi ki, işbilməzliyin, Rusiyanın vassalına çevrilməyib nəticəsində üzləşdiyimiz acınacaqlı vəziyyəti bu ölkənin ermənipərəstliyi ilə malalayasan. Avropa Parlamentində təmsil olunan 27 ölkənin hamısının ermənipərəst adlandırmaq mümkün deyil. Bəs hanı sizin indiyə qədər bu ölkələrlə gördüyünüz diplomatik iş, harda qaldı bu ölkələrdəki səfirliklərin fəaliyyəti , bəs Azərbaycan diasporasına xərclənən pulların nəticəsi niyə görünmədi?

Laçın dəhlizində keçirdiyiniz aksiyanın nəticəsi budursa və bu aksiyaya görə beynəlxalq səviyyədə ermənilərin əleyhimizə apardığı kampaniyaya cavab verəcək qabiliyyət və bacarığa sahib deyildinizssə, o zaman niyə bu tədbiri keçirib ölkəni haqsız duruma salırdınız?

Dünənki müzakirələr nəticəsində Avropa Parlamenti “Dağlıq Qarabağda blokadanın humanitar nəticələri ilə bağlı” qətnamə qəbul edib. Qətnamədə Azərbaycan Laçın dəhlizini açmağa çağırılır.
Eyni zamanda BMT/ATƏT-in faktaraşdırıcı missiyasının ərazidə yaranmış vəziyyəti və humanitar problemi qiymətləndirmək üçün Laçın dəhlizinə getməsinin zəruriliyi bildirilir. Avropa Parlamentinin deputatları öz hərəkətsizliyi ilə Qarabağdakı ermənilərin blokadasına şərait yaradan Rusiya sülhməramlılarının fəaliyyətini qınayaraq, onların ATƏT- mandatı ilə gələcək sülhməramlılarla əvəzlənməsini tələb ediblər.

Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir