KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kamal Aliyev:Azerbaycan ve Ermenistan arasında savaş ihtimali ne kadar mümkün?

Kamal Aliyev:Azerbaycan ve Ermenistan arasında savaş ihtimali ne kadar mümkün?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
15 0

Son olaraq Qazaxın 4 kəndinin Azərbaycan tərəfinə təhvil verilməsi istiqamətində Bakı- Yerevan arasındakı razılıq,ABŞ Dövlət Departamentinin,Avropa İttifaqı rəhbərliyinin,Almaniya və Türkiyə Xarici İşlər Nazirliklərinin pozitiv açıqlamaları bizə onu deməyə əsas verir ki,Azərbaycan və Ermənistan arasında davamlı sülh sazişinin imzalanması mümkündür.Onu da nəzərə alaq ki,Ermənistanın baş naziri Nikol Paşinyan çətin və məşəqqətli olsa da,erməniləri müəyyən ölçüdə həqiqətləri qavramaga,rasional davranmaga nail olmagı bacarıb.Şübhəsiz ki,erməni cəmiyyətində onillərlə formalaşmış stereotiplər var və bu problemi birdəfəlik nizamlamaq o qədər də asan deyil.Lakin Paşinyan hökuməti səbrlə,tələsmədən ermənilərə izah edir ki,əgər bu regionda yaşamaq istəyirsinizsə,qonşularla yola getməliyik-əks təqdirdə,hər şey gec ola bilər.

Buna rəgmən,Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması hələ problemin yekun həlli deyil.Sərhədlərin delimitasiya və demarkasiyasından sinra(bəlkə də əvvəl)Zəngəzur koridoru mövzusunun qapadılması lazımdır.Görünən budur ki,Zəngəzur məsələsində Yerevan öz suverenliyindən güzəştə getməyəcək.Paşinyan israrla istəyir ki,koridorun nəzarəti ruslara tabe olmasın.Rusiya üçün isə Zəngəzur dəhlizi üzərində nəzarət funksiyası həm geopolitik,həm də geostrateji əhəmiyyət daşıyır.Təbii ki,İranı da Zəngəzur məsələsində autsayder vəziyyətində təsəvvür etmək çətindir.

Bundan əlavə,Azərbaycan və Ermənistan arasında geniş masştablı olmasa da,hərbi konfrantasiya ehtimalı hələ də qüvvədədir.Əlbəttə,söhbət Zəngəzur dəhlizinin realizə edilməsindən gedir.Bakı nəyin bahasına olursa-olsun müttəfiqi Ankara ilə birlikdə Zəngəzur kiridorunu açmaq istəyir.Bu,olduqca mürəkkəb prosesdir,lakin praktik siyasətdə mümkünsüz heç nə yoxdur.Əgər Zəngəzur məsələsinə görə Azərbaycan və Ermənistan arasında hərbi qarşıdurma yaranarsa,Qərbin həm Bakıya,həm də Ankaraya təzyiqləri qaçılmazdır.Bu isə hər iki ölkəni Rusiya-Çin qütbünə yaxınlaşdıra bilər.Təbii ki,Qərbdə bunu da istisna etmirlər…

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir