KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Kamal Aliyev: Zelenskinin Türkiyəyə səfərindən atəşkəs çıxarmı?

Kamal Aliyev: Zelenskinin Türkiyəyə səfərindən atəşkəs çıxarmı?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
49 0

Ukrayna prezidenti V. Zelenski bu gün Türkiyədə həmkarı R.T.Ərdoganla görüşəcək.Bu,Ukraynada müharibə başlayandan Zelenskinin Türkiyəyə ikinci səfəridir.
Bununla yanaşı,Rusiya prezidenti Vladimir Putinin də Türkiyəyə səfəri gözlənilirdi.Ancaq son məlumata görə,Putin Rusiyadakı prezident seçkisindən sonra Türkiyəyə səfər edəcək.
Beləliklə orta belə bir sual çıxır:Zelenskinin Türkiyəyə səfərindən sonra Ukraynada müharibəyə son qoyula bilərmi? Və yaxud Zelenski-Ərdogan görüşündən sonra ən azından atəşkəs əldə oluna bilərmi?
Deyərdim ki,Zelenski və Putinin Moskvaya gözlənilən səfərlərindən sonra bu mövzunu analiz etmək mümkündür.Ondan başlayaq ki,Ukraynada-cəbhədə hərbi vəziyyət qeyri-qənaətbəxşdir.Yəni,son olaraq Ukrayna ordusunun əks-hücum həmləsinin ugursuzlugundan və Avdiyevkanın Rusiya tərəfindən işgal edilməsindən sonra Moskvanın təşəbbüsü nisbətən ələ aldıgını deyə bilərik.Üstəlik,ABŞ-dən Ukraynaya hərbi və maliyyə yardımlarının gecikməsi də Kiyevin belə demək mümkünsə,hərbi sferada əl-qolugunu baglayıb.Hətta cəbhə xəttində vəziyyət o qədər arzuolunmazdır ki,rusların Ukraynanın ikinci ən böyük şəhəri Xarkovu işgal edə biləcəyi haqqında da kəşfiyyat məlumatları tirajlanmaqdadır.
Belə qənaətə gəlmək olar ki,Xarkovun işgalından sonra Moskvanın əsas hədəfi Odessaya yönələcək.Əgər Odessa da ruslar tərəfindən işgala məruz qalarsa,Ukraynanın Qara dənizlə əlaqəsi kəsiləcək.Odessanın işgalı eyni zamanda,Rusiyanın Dnestryani və Qaqauziyaya qədər nəzarət imkanlarını artıracaq.
Gələk yazımızın əsas sualına:Zelenskinin Türkiyəyə səfəri atəşkəslə nəticəl əınə bilərmi?
İndiki situasiyada bu suala birmənalı cavab vermək asan deyil.Ancaq Ankara Kiyev və Rusiya arasında “aktiv vasitəçi”rolunu son iki ildə nümayiş etdirib.Ankaranın neytral”mövqeyi Kiyev və Moskva tərəfindən də qəbul görür.Bu minvalla,taxıl sazişi,əsirlərin mübadiləsi kimi problemlərin həllində müsbət nəticələr əldə olunub.Üçüncü tərəflərin müdaxiləsi olmasa,bu,mümkündür

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir