Ukrayna prezidenti Volodimir Zelenski Yunanıstanın ERT kanalına müsahibəsində deyib ki,Türkiyə bir tərəfdən vasitəçi rolunu üzərinə götürüb və ölkəmi dəstəkləyir,digər tərəfdən isə Rusiyadan gələcək turistlər üçün hazırlıqlara başlayıb.
V.Zelenski daha sonra belə deyib:”prezident kimi söyləməliyəm ki,dost münasibətlərə sahib olmaq istəyiriksə,belə şeylər olmamalıdır.Bu,dogru deyil və ikili standartdır.Düşünürəm ki,bu,dogru siyasət deyil və Türkiyə bir seçim etməlidir”
Hörmətli Ukrayna prezidenti iki aydan çoxdur ki,normal yatmır,istirahət eləmir.Ölkəsi Rusiya ilə ölüm-dirim savaşı verir,vətənin qurtuluşu üçün ukraynalılar bədəl ödəyir və Zelenskinin stres yaşadıgı məlumdur.
Ancaq hörmətli Zelenski bilir ki,Ankara Dardanel və Bosfor bogazlarını Rusiya gəmilərinin üzünə baglayıb.Bundan əlavə,Türkiyə istehsalı Bayrakdar-TB 2 PUAları Ukraynada işgalçı rusların başına oyun açır.Açıgı deyim ki,məsələ heç də Rusiyadan Türkiyəyə gələcək turistlər də deyil.Görünür,Zelenskini danışdıran ABŞ və Böyük Britaniyadır.Çünki,Ukrayna geosiyası poliqon,döyüş isə Qərb və Rusiya arasındadır.
Qarşıdurma dünya və Rusiya arasında getmir.Geopolitik hesablaşma var və bu,Qərb və Rusiya arasındadır.Nə Latın Amerikası ölkələri,nə Afrika İttifaqı bu münaqişədə tərəfdir.Çin və Hindistan da tərəfsiz mövqe sərgiləyir.
Maraqlıdır ki,bir müddət əvvəl Zelenski Yunanıstan parlamentində onlayn çıxış edərkən,ötən əsrdə Anadoluda türkləri öldürən bir yunan təşkilatına mədhiyə düzürdü.Və Zelenski onun da fərqindədir ki,Yunanıstan-Türkiyə münasibətləri sərindir.Belə olan təqdirdə,Ukrayna prezidentinin yunan kanalında Türkiyəni haqsız çıxarması yerinə düşmədi.
Bu,olmadı,Mr.Zelenski.
Kamal Aliyev Kafkassam