KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Aliyev: Ukrayna və “Amnesty İnternational”arasında münasibətlər niyə gərgindir?

Kamal Aliyev: Ukrayna və “Amnesty İnternational”arasında münasibətlər niyə gərgindir?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
376 1

Beynəlxalq İnsan Hüquqları Təşkilatı “Amnesty İnternational”-ın Ukrayna ofisinin rəhbəri Oksana Pokaltçuk vəzifəsindən istefa verib.(Mənbə:www.n-tv.de)Səbəb budur ki,”Amnesty İnternational”Ukrayna ordusunu yayınladıgı son hesabatda insanların sıx yaşadıgı ərazilərdə hərbi hissələr qurdugunu,məktəblərdən,uşaq bagçalarından hərbi əməliyyatlarda istifadə etdiyini bildirib.
İnsan Hüquqları təşkilatı bəyan edib ki,ukraynalı hərbçilər mülki şəxslərin həyatına təhlükə yaradır.
Təbii ki,Qərb mediası “Amnesty İnternational”-ı qərəzli məlumat verdiyini,bununla da Kremlin propaqandasına alət oldugunu bildirir.
Buna baxmayaraq,təşkilatın baş katibi Anye Kalamard hesabatın arxasında olduqlarını yenə də təkrar edib.
Əlbəttə,”Amnesty İnternational”-ın Ukraynayı müharibə qaydalarını pozdugunu bəyan edən açıqlamasına Kiyev hökuməti də günlərdir etiraz edir.
Ukrayna hökuməti beynəlxalq təşkilatı ikiüzlülükdə,diktator Putinin propaqanda siyasətinə alət olmaqda,həqiqətləri görməməkdə ittiham edib.
Maraqlıdır,Kremlin propaqanda vasitələri də iki gündür “Amnesty İnternational”-ın hesabatını həvəslə,şövqlə tirajlayırlar.Halbuki,Rus ordusu 6 aydır Ukraynada onminlərlə mülki,hərbi şəxsləri qətl edib,şəhərləri xarabalıga çevirib,kilsələri dagıdıb,ölkənin 25% ərazisini işgal edib,milyonlarla insanın vətənindən qaçqın düşməsinə bais olub.
Putinin ordusunun əsir götürdüyü ukraynalı əsgərlərin cinsiyyət orqanlarını kastrasiya etdiyini əks etdirən görüntülər var.
Təəssüflər olsun ki,Rusiyanın işgalçılıq siyasətindən diqqətləri yayındıran təkcə ayrı-ayrı fərdlər deyil,beynəlxalq təşkilatlar da vardır.Bəli,müharibə cinayətləri,hərbi əsirlərlə davranış qaydaları beynəlxalq hüquqda da təsbit olunub,ancaq nəzərə almalıyıq ki,Rusiya dünyanın gözü önündə bir ölkəni işgal edir,insanlarını qətlə yetirir.Məncə,təkcə Buça qətliamı insanlıga hər şeyi göstərir.

Kamal Aliyev kafkassam

İlgili Yazılar

1 Yorum

  1. Salih - -

    Açıklayıcı etkileyici ve güzel bir yazı olmuş aynı zamanda bilgilendirici de ülkede neler olup bitti öğreniyoruz

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir