KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kamal Əliyev: Rusiya Bakı-Xankəndi dialoq formatı üçün Azərbaycana təzyiq edir

Kamal Əliyev: Rusiya Bakı-Xankəndi dialoq formatı üçün Azərbaycana təzyiq edir

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
181 0

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib ki,Bakı və Xankəndi(Rusiyalı rəsmi Stepanakert deyib)arasında Daglıq Qarabag ermənilərinin hüquq və təhlükısizliyini nızərdə tutan dialoqun başladılmasına kömək etmək üçün hazırdır.Bu,elə Ermənistanın baş naziri Nikol Paşinyanın ardıcıl olaraq vurguladıgı “Bakı-Xankəndi formatı”fikri ilə üst-üstə düşür.Şübhəsiz ki,Bakı-Xankəndi danışıqlar formatında Rusiya özünü kurator görür.Eyni zamanda,Xankəndidəki tanınmamış adminstrasiya da Azərbaycanla o şərtlə masaya oturmaga hazır oldugunu bildirib ki,”üçüncü qüvvədə”prosesdə iştirak etsin.Separatçıların “üçüncü qüvvə”hesab etdiyi dövlət Rusiyadır.
Əslində,Bakı-Xankəndi formatı və bu prosesdə Rusiyanın moderator kimi tanınması Moskvanın arzuladıgı variantdır.Yəni,Rusiya əslində bu yolla Qarabagdakı separatçılara “himayədarlıq”vəzifəsini üzərinə götürməklə,gələcəkdə danışıqlar prosesini poza da bilər.Kremlin məqsədi aydındır:2025-ci ildə rusiyalı sülhməramlı kontingentin Qarabagda qalmasını təmin etmək.
Belə olan təqdirdə,Rusiya bütün təsir rıçaqlarını əlində tutmaqla,Qarabag probleminin siyasi həllini öz kurasiyasına almaq istəyir.Onu da nəzərə alaq ki,Rusiya Qarabag ermənilərinin yekun statusunu gələcək tarixə qədər təxirə salınabiləcəyini dəfələrlə deyib.

Yeri gəlmişkən,qısa müddət öncə Kremlə baglı RIA Novosti agentliyi belə bir məlumat yaymışdı ki,ABŞ Qarabag ermənilərinə ultimatum verib ki,üçüncü ölkənin ərazisində,Vaşinqtonun kuratorlugu ilə Azərbaycan tərəfi ilə danışıqlara başlasın.Zaxarovanın son dediklərini də nəzərə alanda belə qənaət formalaşır ki,Rusiya və ABŞ Bakı-Xankəndi danışıqlar formatı çərçivəsində kurator olmaq istəyirlər.Ancaq bir məqam da aydındır ki,Vaşinqtondan fərqli olaraq Moskva priblemin yekun həllində qətiyyən maraqlı deyil.Rusların niyyəti bundan ibarətdir ki,Qarabagdakı separatçı erməniləri himayə edərək istədiyi vaxt prosesi pozsun.Reallıq budur ki,Rusiya Qarabagdakı sülhməramlı kontingentinin daha uzun müdfətə əırazidə qalmasını istəyir.Bu nöqteyi-nəzərdən,Rusiya Azərbaycandan ərazisindən çıxmamaq üçün əlindəki bütün təsir rıçaaqlarından,variantlardan istifadə edəcək.

İndi aydın olur ki,2020-ci ilin 10 noyabrında Azərbaycan ərazisinə rus sülhməramlılarını buraxmaqla,nə qədər ciddi səhvə yol vermişik…

Kamal Əliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir