KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kamal Aliyev: sülh müqaviləsi Moskva ya da Brüsseldə imzalanacak

Kamal Aliyev: sülh müqaviləsi Moskva ya da Brüsseldə imzalanacak

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
84 0

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel də İlham Əliyevi prezident seçilməsi münasibəti ilə təbrik edib və ondan Brüsseldə Ermənistanla üçtərəfli görüşlərin keçirilməsi haqqında mövqe bildirməyi xahiş edib.Görünür,AŞPA-dakı sosial-demokrat deputat Frank Şvabedən fərqli olaraq Ş.Mişel “Brüssel Format”-nın vacibliyini Bakı və Yerevan arasında sülh üçün daha məqbul hesab edir.Maraqlıdır ki,dövlət başçısı İlham Əliyev də Brüsseldəki danışıqlar formatının müsbət oldugunu vurgulayıb.
Buna paralel olaraq,Rusiya xarici işlər naziri Sergey Lavrovun müavini Qaluzin də bu gün bəyan edub ki,Qarabag probleminin siyasi həli,Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üçün Moskva üçtərəfli formatın daha məqbul oldugu qənaətindədir.Həm Mişelin,həm də Qaluzinin ritorikasından belə sezmək olur ki,hər iki güc mərkəzi sülh danışıqlarının aparılması,sülh müqaviləsinin imzalanmasını öz nəzarətində reallaşdırılmasını istəyir.Konkret olaraq İlham Əliyevin Avropa İttifaqının himayəsi altında Erm əınistanla yenidən üçtərəfli müzakirələrin aparılmasına,bu,mümkündür və ehtimal edirəm ki,yaxın tarixdə bu istiqamətdə görüş baş tuta da bilər.
Göründüyü kimi,həm Aİ,həm də Rusiya Cənubi Qafqaz ugrunda geopolitik mücadilələrini davam etdirəcəklər.Lakin buna rəgmən,son qərar prezident Əliyev və baş nazir Paşinyandan asılı olacaq.Başqa bir varian isə bu,ola bilər ki,Azərbaycan və Ermənistan liderləri həm Brüsseldə,həm də Moskvada məsləhətləşmələrə başlayacaqlar.Bu gün görünən və yaxud gəlinən nəticə bundan ibarətdir ki,Əliyev sülh müqaviləsinin imzalanmasında Moskvaya,Paşinyan isə Qərbə reveranslar edir.O da mümkündür ki,Bakı və Yerevan arasında sülh müqaviləsinin imzalanmasında Rusiya və Qərb arasında pərdə arxasında konsensus da olsun;siyasətdə hər şey mümkündür.Əgər Qərb və Rusiya arasında sülh müqaviləsi istiqamətində ümumi razılıq olacaqsa,sənədlərin imzalanması üçün fərqli bir ölkə də seçilə bilər.Yəni vacib deyil ki, yekun sülh müqaviləsi Moskva ya da Brüsseldə imzalanacak
Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir