KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gürcistan
  4. »
  5. Kamal Aliyev: Rusiyayönümlü iqtidar Gürcüstanı Avropa İttifaqı perspektivindən uzaqlaşdıra biləcəkmi?

Kamal Aliyev: Rusiyayönümlü iqtidar Gürcüstanı Avropa İttifaqı perspektivindən uzaqlaşdıra biləcəkmi?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
165 0

Gürcüstanın hakim “Gürcü Arzusu”partiyasının lideri İrakli Kobaxidze deyib ki,rəsmi Tbilisi Avropa İttifaqına inteqrasiya kursunu davam etdirəcək(bu,konstitusiyanın 11-ci maddəsində göstərilib)və bunun üçün üç prinsipdən vaz keçməyəcək;Xristianlıq,ləyaqət və suverenlik.Bununla yanaşı,oliqarx və k eçmiş baş nazir Bdzina İvanişvilin “təsir dairəsində”olan İrakli Qaribaşvili hökuməti bəyan edir ki,qanun layihəsi parlementdə qəbul olunduqdan sinra Venessiya Komissiyasına göndəriləcək.
Artıq Gürcüstan parlamentində birinci oxunuşdan keçmiş “xarici agentlər haqqında”qanun layihəsi ölkədə ciddi narazılıqlara,dünən gecədən səhərə qədər davam edən etiraz kütləvi etiraz aksiyalarına səbəb olub.
Nəticədə Gürcüstandakı müxalif siyasi qüvvələri,vətəndaş cəmiyyəti fəallarını polis və xüsusi təyinatlılarla qarşı-qarşıya gətirən aksiyada 66 nəfər həbs olunub.
Bəri başdan onu vurgulayım ki,Gürcüstan parlamentində birinci oxunuşdan keçən “xarici təsir agentləri haqqında”qanun layihəsinin mahiyyəti budur ki,xaricidən maliyyələşən QHT-lər,media orqanları başqa ölkəl ə rdən 20%-dən artıq maddi yardım aldıqları halda “xarici agent”hesab olunacaqlar.Bu qanun layihəsi Rusiyada qəbul olunan qanunla eynilik təşkil edir.
Digər tərəfdən,məlum qanun layihəsi avrointeqrasiya kursunu seçmiş Gürcüstan qanunvericiliyinə və Avropa dəyərlərinə ziddir.Eyni zamanda,Putin Rusiyasından kopyalanmış “xarici təsir agenti”ifadəsi hökumət və ictimaiyyət arasında uzun müddətdir davam edən etimadsızlıgı,inamsızlıgı daha da gücləndirəcək.Maraqlı odur ki,Gürcüstan hökuməti qanun layihəsini protest edənləri “radikal müxalifət”adlandırır və beləliklə,ölkədədi kövrək demokratik dəyərləri avtoritarizmə dogru yuvarladır.Gürcüstanda aparılan son rəy sorgularına görə,əhalinin 80%-i Avropa İttifaqına inteqrasiyaya tərəfdardır.Bununla yanaşı əhalinin 90%-i Gürcüstan Ortadoks Kilsəsinə inanır.Bu statistiks onu göstərir ki,gürcülərin kilsəyə inamı Avropa dəyərlərinin üzərindədir və ən yaxşı halda,Gürcüstan cəmiyyəti avrointeqrasiya kursunda kilsə və suverenliyi əsas götürəcəklər.Prosesin maraqlı tərəfi həm də budur ki,Bdzina İvanişvilinin təsirində olan hakim “Gürcü Arzusu”hökuməti avrointeqrasiya kursunda biclik işlədərək kilsənin arxasında gizlənir.Sanki Gürcüstan öz qanunvericiliyində də ıks olunmuş avrointeqrasiyaya dogru yol alsa,xristianlıq və suverenlik əldən gedəcək.Hərçənd,Avropa dəyərlərini mənimsəmək xristianlıq və suverenlikdən imtina etmək deyil.
Gürcüstanın yeni təyin olunmuş ombudsmanı Levan Loseliani də polisin dünən etirazçılara qarşı sərt davranmasını tənqid edir və hüquq-mühafizə orqanlarını etirazçılara qarşı qeyri-proporsional davranmaqda günahlandırıb.ABŞ-da səfərdə olan Gürcüstan prezidenti Salome Zurabişvili də əhaliyə müraciətində etirazçıları dəstəklədiyini bəyan edib.ABŞ-ın Gürcüstandakı səfiri də qanun layihəsini tənqid edənlər arasındadır.
Nəticə olaraq vurgulayım ki,Gürcüstan hökumətinin birinci oxunuşdan keçirdiyi,parlamentin plenar iclasında iştirak edən 113 deputatdan 76-sının dəstəklədiyi qanun layihəsi ölkəni daha da avtoritarlaşdıracaq və onu Rusiyanın təsir dairəsinə bir addım da yaxınlaşdıracaq.Baxmayaraq ki,Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili məlum qanun layihəsinin Avropa Şurası Venesiya Komissiyasına göndəriləcəyini deyib,gürcü ictimaiyyəti,xüsusilə,gənclər iqtidarın bu siyasətinə inanmırlar.Yaxın günlərdə Gürcüstanda qərbyönümlülərlə Rusiyayönümlü oliqarx iqtidar komandası arasında siyasi mübarizənin qızışacagını ehtimal etmək olar.

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir