KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Aliyev: Qırgızıstanda “dövlət çevrilişi”və Roza Nurmatova

Kamal Aliyev: Qırgızıstanda “dövlət çevrilişi”və Roza Nurmatova

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
228 0

İyun ayının 5-dən Qırgızıstanda “hakimiyyətin zorla ələ keçirilməsi”işi üzrə onlarla insan həbs edilib.Qırgızıstan hökuməti iddia edir ki,Eldik Keneş(Xalq Məclisi)partiyasının lideri Roza Nurmatova prezident Sadr Japarova qarşı “dövlət çevrilişi”-nə cəhdə rəhbərlik edib(www.24.kg)

Bundan əlavə,Çek Ara(Sərhəd)İctima Assosiasiyasının rəhbəri Güljiqit İsakov da saxlanılıb.Qırgızıstan Milli Universitetinin müəllimi Çolpenbek Sidkbaev haqqında da ev həbsi q əərarı çıxarılıb.Hüquq-mühafizə orqanlarının yaydıgı məlumata görə,səs yazılarında Roza Nurmatova “hakimiyyətin zorla dəyişdirilməsinə”çagırışlar etməklə,Sadr Japarovu hakimiyyətdən devirmək istəyib.
İstindaq materiallarına inansaq,Roza Nurmatova və “qəsdçilər”qrupunun 100-dən çox üzvü olub.Maraqlıdır ki,dövlət çevrilişinə cəhddə ittiham olunan Roza Nurmatova 2012-ci ildə ovaxtki deputatlar Sadr Japarov və Kamçıbek Taşıyevin hakimiyyətə qarşı aksiyalarında aparıcı şəxslərdən biri olub.Hazırda Japarov prezident,Taşıyev isə DMTK-nın rəhbəridir.Göründüyü kimi,Nurmatova əvvəllərdə hazırkı prezident Sadr Japarovun yaxın adamlarından biri olub və hətta 2012-ci ildə onun seçki qərargahının rəhbəri olub.
Yeri gəlmişkən,DMTK-nın yaydıgı 1,5 dəqiqəlik səs yazısında Roza Nurmatovanın tərəfdarlarına belə müraciət etdiyi deyilir:”Dəyişiklik olacaqmı,yoxsa hər şey belə davam edəcək? Mən sizin fikirlərinizi bilmək istəyirəm.Siz nə düşünürsünüz? Necı olsa da dəyişiklik olacaq.Əgər bu,baş versə,biz nə edəcəyik?Adamımız var və hər adamın arxasında 10 nəfər var.Pul müqabilində küçələrə çıxmaga hazır olanlar var.Bizə həmin insanların tam siyahısı lazımdır”.

Belə ki,Qırgızıstanda həbs olunan 100-dən çox insanın arasında siyasətçilər,bürokratlar,hərbçilər,müəllimlər var.

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir