KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Aliyev: Qərbin dominantlıgı sona çatır?

Kamal Aliyev: Qərbin dominantlıgı sona çatır?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
29 0

Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyr(1997-2007)deyib ki,dünya ikinci cahan müharibəsinin bitməsi,SSRİ-nin dagılması ilə müqayisə oluna bilinəcək dəyişikliklər ərəfəsindədir.T.Bleyrə görə,Qərb bu dəfə yüksəklikdə deyil və onun siyasi,iqtisadi dominantlıgının sonuna yaxınlaşırıq.

Əslində,T.Bleyrin dediklərində həqiqət var.Yəni,Bleyr hal-hazırda geopolitik mənzərəni,reallıqları analiz edir və görür ki,dünya ən azı ikiqütblü(bi-polar),ya da çoxqütblü(multi-polar)olacaq.Bleyr eyni zamanda onu da vurgulayır ki,ən böyük geosiyasi dəyişiklik Rusiyada yox,Çində olacaq və Qərb Pekinə arxalana bilməz.

Zənnimcə,Bleyr bu kontekstdə çox maraqlı məqama toxunur.Bu,o deməkdir ki,Qərb üçün əsas rəqib Rusiya yox,Çindir və ən başlıcası,Ukraynada müharibə uzandıqca,bundan ən karlı çıxan Pekindir.
Bir qədər də dərinə getsək real mənzərə belədir ki,Rusiya Ukraynada bataglıga saplanıb,Qərb iqtisadiyyatında resessiyaya ehtimalı var.Və belə olan təqdirdə,Çin kənardan sakitcə prosesləri müşahidə edir və müharibənin daha da uzunmasında maraqlıdır.
Görünür,Pekin belə hesab edir ki,eskalasiya hələ daha uzun müddət davam edəcək,Qərb iqtisadiyyatı zəifləyəcək və tərəflər büsbütün yıpranacaq.

Digər tərəfdən,Çin həm də Rusiyanın zəifləməsində və buna paralel olaraq,Moskvanın özünün hinterlandı hesab etdiyi Mərkəzi Asiyada güclənmək istəyir.Prinsipcə,V.Putin də onun fərqindədir ki,Rusiya üçün Çin gələcəkdə ən böyük “başagrısı”olacaq.
Lakin Kremlin şefi indi daha çox Ukraynaya fokuslanıb.

T.Bleyr onu da deyir ki,dünyanın ən böyük su hövzəsinə malik olan Rusiyanın partnyorlugu ilə Çin fövqəlgücə çevriləcək.Elə mən də yuxarıdakı fikirlərimdə dolayı yolla buna eyham vermuşdum.Bunun məgzi ondan ibarətdir ki,Çin Yeni Dünya Nizamında(YDB)fövqəlgüc olmaq üçün Rusiyanın potensialından istifadə edir.Çin yaxşı dərk edir ki,Rusiya böyük əraziyə,zəngin təbii resurslara,xammala sahibdir.Bununla yanaşı,Rusiyada ciddi demoqrafiya problemi var bu,Pekinin iştahını artırır.

Pekin Ukrayna böhranında Rusiyaya arxa çıxmaqla,həm bu ölkənin zəifləməsinə,yıpranmasına nail olur,həm də Qərbin onunla hesablaşması arzusuna çatmaq istəyir.
Çin hökuməti hesab edir ki,YDN-də o artıq bir fövqəlgüc statusuna layiqdir və bunu pərçimləmək üçün mütləq müttəfiqlərə ehtiyac var.Pekin hazırda həm ŞƏT,həm də BRİCS çərçivəsində öz müttəfiqlərini ətrafında konsolodasiya edir.Ola bilsin ki,gələcəkdə Çin,Rusiya və İranın da daxil oldugu Asiyada yeni siyasi-hərbi(NATO bənzəri)bir ittifaq da qurulsun.

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.