KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kamal Aliyev: Lavrovun Azərbaycana səfərini uğurlu saymaq olarmı?

Kamal Aliyev: Lavrovun Azərbaycana səfərini uğurlu saymaq olarmı?

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
12 0

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri və prezident İlham Əliyevlə görüşünü bir neçə aspektdən şərh etmək olar.

-Şəxsən mən düşünürdüm ki,S.Lavrova 2020-ci ilin 10 noyabr razılaşmasının 4-üncü maddəsi mütləq xatırladılacaq.Məlum maddədə açıq-aydın göstərilir ki,Qarabağ ərazisindəki qeyri-qanuni erməni hərbi birləşmələr ərazidən çıxarılmalıdır.Bu,o deməkdir ki,bu gün Xankəndini özünü yuva etmiş separatçı ünsürlər və onlar hərbçiləri Qarabağı tərk etməlidirlər.Əgər rus “sülhməramlıları”5 il müddətində Qarabağ ərazisində qalacaqlarsa,etnik ermənilərin təhlükəsizliyini mühafizə edəcəklərsə,bu halda illeqal erməni çətəlırinin ərazidə qalması yolverilməzdir.Təəssüflər olsun ki,Azərbaycan tərəfi hələ də Qarabağdakı illeqal erməni hərbçiləri məsələsinə epizodik yanaşmaqda davam edir və bu,yaxın perspektivdə problemin yekun həllinə də ciddi problemlər yarada bilər.

-S.Lavrov deyir ki,Azərbaycan və Ermənistanda sərhədlərin delimitasiyası və demarkasiyası üçün yaradılmış iki komissiyanın xətti üzrə işə məsləhət xidmətləri göstərməyə hazırdırlar.Ruslar hətta bu kontekstdə təkliflərə də sahibdirlər.Bilirik ki,sərhədlərin müəyyənləşməsi üzrə Azərbaycan və Ermənistan tərəfindən yaradılmış sərhəd komissiyaları əvvəlcə hər iki ölkənin dövlət sərhədində görüşüblər.Azərbaycanı baş nazirin müavini Şahin Mustafayev,erməni tərəfini isə baş nazir N.Paşinyanın müavini Mher Qriqoryan təmsil edib.Ancaq Moskvadakı sərhəd komissiyalarının ikinci görüşündə isə həyətlər yox,Mustafayev və Qriqoryan görüşüb.Növbəti görüşün isə Brüsseldə keçiriləcəyi gözlənilir.Məsələ budur ki,sərhədlərin delimitasiyası ilə bağlı kartoqrafik xəritələr Rusiyadadır və məlumdur ki,Bu məsələdə yekun çözüm Moskvanın inhisarındadır.Şübhəm budur ki,Moskva bir üsulla delimitasiya və demorkasiya problemini gecikdirə bilər.Rəsmi Bakı sərhədlərin birdəfəlik və tez bir zamanda müəyyınləşdirilməsi mövzusunda Rusiyaya qarşı maksimum tələbkar olmalıdır.

-Nəhayət, S.Lavrovun sülh müqaviləsi ilə əlaqədar söylədiyi bəzi məqamlara da münasibətimi bildirim.Lavrov deyir ki,yekun sülh müqaviləsi ilə bağlı Azərbaycan tərəfinin məlum 5 maddəlik təklifinə Ermənistan müsbət münasibət bildirib və N.Paşinyan bu istiqamətdə danışıqlar aparmağa hazırdır.Lakin Lavrov da bilir ki,Bakının məlum 5 təklifinə Yerevan 6 təkliflə cavab verib.Bu,dolayı yolla Yerevanın Bakının 5 təklifindən yayınması və prosesi faktiki olaraq şar var etməsinə hesablanıb.Və düşünürəm ki,Yerevan Bakıya əlavə 6 təklifi şübhəsiz ki,Kremllə razılaşdırılıb.
Digər tərəfdən,mən Rusiyanın Qarabagda yekun sülh müqaviləsinə müsbət yanaşacağını zənn etmirəm;əgər bu,belə olsaydı,Moskva Xankəndidəki separatçı rejim ünsürlərini öz mediasında reklam etməzdi və onlara yerini göstərərdi.Əvəzində,Rusiya Xankəndidəki Arutyunyan,Babaxan,Balayan və Beqlaryan kimi separatçıları hər vəchlə himayə edir,onları qoruyur.Ola bilsin ki,Kreml yuxarıda vurğuladığım separatçı ünsürləri Donbasdakı,Osetiyadakı,Abxaziyadakı,Dnestryanı bölgədəki marionetlər kimi istifadə edəcək.Ümumiyyətlə,Rusiyanın geopolitik konyukturasında Qarabağdakı erməni separatçı ünsürlər də mühüm yer tutur.Əgər Rusiya hökuməti Qarabağ probleminin yekun həllində maraqlı olsaydı,Xankəndidən separatçıları himayə etməzdi və ərazidəki erməni silahlı çətələrini tərksilah edərdi.Əfsuslar olsun ki,Rusiya Cənubi Qafqazda etnik konfliktləri qətiyyən həll etmək arzusunda deyil.Cənubi Qafqazda uzunmüddətli sülh Rusiyanın geopolitik planları ilə üst-üstə düşmür.

Ruslar ancaq Zəngəzur nəqliyyat xəttinin açılmasında ona görə maraqlıdırlar ki,bu,onların əsasın geostrateji hədəflərinə uyğundur.Qərbin Ukrayna böhranı ilə bağlı Rusiyaya tətbiq etdiyi ağır sanksiyaları nisbətən yüngülləşdirmək üçün Moskvaya Ermənistan və Azərbaycan arasında nəqliyyat xəttlərinin açılması olduqca vacibdir.Ehtimal edirəm ki,Zəngəzur nəqliyyat marşurutu üzrə çəkiləcək avtomobil yolunun təhlükəsizliyini,hətta yoxlanışına da Rusiya nəzarət edəcək.Ermənistan tərəfinin də istəyi elə budur ki,özləri olmasa da,Zəngəzurda keçəcək marşurut “dəhliz” statusunda deykl,məhz nəqliyyat xətti olsun və təhlükəsizlik,sərhəd,gömrük xidmətinə də Rusiya nəzarət etsin.


Kamal Aliyev
Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.