KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Kamal Əliyev:İrəvan Ankaranın Zəngəzur və Qarabag şərtlərini qəbul edəcəkmi?

Kamal Əliyev:İrəvan Ankaranın Zəngəzur və Qarabag şərtlərini qəbul edəcəkmi?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
180 0

Erməni müxalifətinə yaxın ola “Hraparak”qəzeti yazıb ki,iki gün əvvəl hökumət və ekspertlər arasında keçirilən qapalı görüşdə Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan deyib ki,Türkiyə tərəfi İravana Azərbaycanla münasibətləri düzəltmək üçün bir ay vaxt verib.
Rubinyan Türkiyə-Ermənistan danışıqları üzrə səlahiyyətlii şəxsdir və o,vurgulayıb ki,əgər İrəvan Bakının tələblərini yerinə yetirməsə,Ankara ilə münasibətlərin tənzimlənməsi qeyri-mümkün olacaq.Halbuki,baş nazir Nikol Paşinyan və hətta onun özündən əvvəlki sələfləri Ankara-İrəvan münasibətlərini İrəvan-Bakı kontekstində heç vaxt görməyiblər.Erməni dövlətinə görə,Ankara Bakını dinləməməli və İrəvan ilə münasibətləri tənzimləməlidir.Lakin görünən budur ki, indiki mərhələdə Türkiyə Azərbaycanla məsləhətləşmədən Ermənistanla münəsibətlərini nə normallaşdıracaq,nə də sərhədləri açacaq.
Bununla yanaşı,Qərb 2008-2009-cu illərdə oldugu kimi,Türkiyə-Ermənistan münasibətlərinin tənzimlənməsində daha istəklidir.Şübhəsiz ki,bu,o halda daha inandırıcı olacaq ki,Azərbaycan və Ermənistan arasında ən azından ümumi müddəaları ehtiva edən”çərçivə sazişi”imzalansın.İndi nəzərlər iyulun 21-də Brüsseldə Avropa İttifaqının təşəbbüsü ilə Əliyev və Paşinyan arasında keçiriləcək görüşdədir.Paşinyanın son açıqlamasına nəzər yetirsək,görərik ki,tərəflər arasında hələ də razılaşdırılmamış məsələlər var.Bu da daha çox Qarabagdakı ermənilərin təhlükəsizliyi və statusu məsələsidir.Əlbəttə,Ermənistanın üzərində israrla dayandıgı “beynəlxalq mexanizm”tələbi də həll prosesini faktiki dondurub.Belə olan təqdirdə,bu ayın 21-də Brüsseldə keçiriləcək Mişel-Əliyev-Paşinyan görüşü Vaşinqtondakı Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında baş tutan təmasların davamı olacaq.

Konkret olaraq,Türkiyə-Ermənistan münasibətlərinin bundan sonrakı perspektivinə gəlincə,bu məsələdə çix şey İrəvandan asılı olacaq.Təbii ki,Ermənistan Türkiyə-Azərbaycan tandeminə müqavimət göstərmək gücündə deyil.Əgər Ermənistan Bakı və Ankaranın şərtləri ilə razılaşsa:o zaman “Hraparak”-ın da yazdıgı kimi,Qarabagdakı ermənilər Azərbaycanın güc strukturlarına tabe olacaqlar,ya da Jirar Libarityanın dediyi kimi köçüb Sünikdə yaşayacaqlar.Baxmayaraq ki,Xankəndudəki separatçı adminstrasiya iddia edir ki,onların 10 mindən çok silahlısı Azərbaycanla döyüşməyə hazırdır,amma bunun da absurd oldugunu deyə bilərik.
Onu da qeyd edək ki,separatçıların Azərbaycanla qarşıdurmaya sövq edən daha çox ərazidəki rus sülhməramlılarıdır.

Kamal Əliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir