KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Kamal Aliyev: İstanbul terrorunu ASALA,yoxsa PKK törədib?

Kamal Aliyev: İstanbul terrorunu ASALA,yoxsa PKK törədib?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
27 0

Ötən gün Türkiyənin İstanbul şəhırinin Bəyoglu rayonunda yerləşən İstiqlal prospektində baş verən teraktın məsuliyyətini erməni ASALA təşkilatı törədib.Şübhəsiz ki,İstanbuldakı terror hadisəsinin sifarişçilərini Türkiyənin hüquq mühafizə orqanları mütləq üzə çıxaracaq.Lakin ASALA-nın məlum teraktın məsuliyyətini öz üzərinə götürməsi istər-istəməz bəzi şübhələr oyandırır.Əvvala,ASALA uzun illərdir hər hansı terakt törətmirdi.Dogrudur,erməni terror təşkilatı 44 günlük ikinci Qarabag müharibəsindən sonra həm Türkiyəni,həm də Azərbaycanı davamlı şəkildə təhdid edirdi.Onu da nəzərə alaq ki,ASALA kimi terror təşkilatları “yeraltı”(underground)qruplar olaraq ayrı-ayrı vaxtlarda bəzi dövlətlər tərəfindən aktivləşdirilir.Maraqlı m əıqam bundan ibarətdir ki,son vaxtlar Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi çərçivəsində hər iki ölkənin xüsusi nümayəndələri arasında 4 görüşün baş tutması,erməni baş nazir Nikol Paşinyanın ölkəsinin ictimai televiziyasına verdiyi müsahibədə Ankara ilə danışıqların müsbət dinamikasından bəhs etməsi görünür ASALA və onun havadarlarını narahat edib.Bir həqiqəti də unutmamalıyıq ki,Ankara-Yerevan xəttində münasibətlərin istiləşməsi Tehran və Moskvanı da qane etmir.Əgər Türkiyə və Ermənistan arasında siyasi-diplomatik münasibətlər təsis edilərsə,bu,Cənubi Qafqazda İran və Rusiyanın geopolitik,geoiqtisadi maraqlarına problemlər yarada bilər.Bu nöqteyi-nəzərdən ASALA-nın aktivləşməsi həm də Cənubi Qafqaz ugrunda geosiyasi rəqabətin yaxın illərdə daha da intensivləşəcəyinə gətirib çıxara bilər.Yeri gəlmişkən,ötən il yazdıgım bir neçə məqalədə ifadə etmişdim ki,Ankara-Yerevan xəttində normallaşma prosesinin 2008-2009-cu illərdə oldugu kimi bu dəfə də qarşısını almaga cəhd edəcəklər.Görünür,hal-hazırda bəzi “siyasi mərkəzlər”türk-erməni münasibətlərini baltalamaqdan ötrü hərəkətə keçiriblır.Təbii ki,bu,versiyalardan biridir.

İstanbuldakı teraktın sifarişçisinin PKK oldugu ehtimalını da qüvvədə saxlamalıyıq.Çünki son illər Türkiyə Silahlı Qüvvələri,Milli Kəşfiyyat Təşkilatı(MİT) həm İraqın şimalında,həm də Suriyada separatçı kürd ünsürlərə qarşı ugurlu nöqtə əməliyyatları keçirib.Türkiyə mediasının yaydıgı xəbərlərə görə,İstanbul teraktını törədən qadın Diyarbakır dogumlu(1985-ci il)kürd əsilli Ciyan Tosundur.İkinci versiya budur ki,Ciyan Tosun adlı xanım sadəcə tətikçidir və sifarişçi birbaşa PKK-nın idarə heyətidir.Mümkündür ki,Türkiyədə iyun ayında keçiriləcək prezident və parlament seçkiləri ırəfəsində də ictimai asayişi pozmaqdan ötrü teraktlar baş versin.Adətən terror hörgütləri sensasiya xarakterli teraktlar təşkil etməklə,həm özlərinin var oldugunu göstərirlər,həm də sahiblərinə xidmətlərini təqdim edirlər.
Maraqlı bir detal da budur ki,ASALA-nın yaydıgı açıqlamada Azərbaycan da təhdid olunur.Erməni terror təşkilatı bəyan edib ki,Bakı da “sürprizlər”ə hazır olmalıdır.

Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir