KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Hasan Oktay: Türk Dövlətləri Təşkilatı hərbi-siyasi İTTİFAQA çevrilir

Hasan Oktay: Türk Dövlətləri Təşkilatı hərbi-siyasi İTTİFAQA çevrilir

Hasan Oktay Hasan Oktay - - 2 dk okuma süresi
251 0

Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşünün yekunlarına dair Səmərqənd Bəyannaməsi imzalandı. Bəyannamə ölkələrin regional və geosoiyasi aspektdə irəliləyişlər əldə etməsi baxımından mühüm əhəmiyyətə malikdir. Xüsusən də bəyannamədə qeyd olunan Zəngəzur dəhlizinin tezliklə açılması, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin ötürücülük qabiliyyətinin artırılması, Avropa və Asiya arasında daha yaxşı nəqliyyat bağlantılarının genişləndirilməsi türk dövlətlərinin daha ciddi əməkdaşlıq perspektivlərinə kökləyir. Bu isə türk xalqlarının nəinki regional, həm də qlobal inkişafına ciddi tövhələr vəd edir.

Mövzunu KONKRET.az-a dəyərləndirən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq Hasan Oktay bildirib ki, Türk Dövlətləri Təşkilatının Özbəkistanda baş tutan IX zirvə görüşü türk dövlətlərinin birlik və bərabərliyi baxımından mühüm əhəmiyyət daşıyır:

“Çünki 30 ildir ki, davam edən görüşlər artıq ciddi əməkdaşlıq prosesinə qədəm qoymağa başlayıb. Yəni, türk dövlətləri bu günə qədər müxtəlif səbəblərə görə, yavaş-yavaş irəliləyirdisə, indi daha sağlam və məntiqi nəticəyə daha uyğun inkişaf edir”.

“Təbii ki, bu görüşə Şimali Kipr Türk Respublikası və Macarıstanın da qatılması çox önəmldir. Bu mənada, bundan sonrakı görüşlərdə sadəcə müstəqil türk dövlətləri deyil, türk xalqlarnın da iştirak etməsi gözləniləndir. Bu da türk dövlətlərinin bir çox məsələlərdə bir-birinin zəif tərəflərini gücləndirməsinə gətirib çıxaracaq”, – deyə türkiyəli politoloq vurğulayıb.
Mərkəz sədri fikrini belə əsaslandırıb ki, sosial cəhətdən bəzi türk dövlətlərinin zəif olması, birlik nəticəsində onların qüvvətlənməsinə səbəb olacaq:

“Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin probelmləri var. Bu problemlər nəzərdən keçiriləndən sonra bu ölkələr dünyanın inkişaf edən dövlətlərinin siyahısına qədəm qoyacaq”.

Mərahim Nəsib,

https://konkret.az/nato-ve-ktmt-nin-tdt-qorxusu-turk-dovletleri-teskilati-herbi-siyasi-ittifaqa-cevrilir/

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir