KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Aliyev: İran Azərbaycan və Ermınistan arasında sülh müqaviləsinin imzalanmasını necə təsəvvür edir?

Kamal Aliyev: İran Azərbaycan və Ermınistan arasında sülh müqaviləsinin imzalanmasını necə təsəvvür edir?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
111 0

İranın xarici işlər naziri Əmir Hüseyn Abdullahian Yerevanda ermənistanlı həmkarı Ararat Mirzoyanla keçirdiyi brifinqdə deyib ki,Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi 3+3 layihəsi çərçivəsində-Rusiya,Türkiyə və İranın iştirakıyla imzalana bilər.

Birincisi,gələn ayın əvvəlində İran prezidenti İbrahim Rəisi Ankaraya səfər edəcək.
Ehtimal belədir ki,Rəisinin Ərdoganla görüşü ərəfəsində Tehran Ankaranı da sülh müqaviləsi prosesində iştirak edə biləcəyinə mənfi yanaşmır.

İkincisi,İran tərəfi Paşinyan hökumətinə ismarıc ötürür ki,regionda sülh müqaviləsinin imzalanmasında Qərbin iştirakına qarşıdır.Görünür,İran Paşinyan hökumətinin Qərbə meyilliliyini həzm edə bilmir.Bu üzdən,Tehran qeyri-regional aktorların Cənubi Qafqazda nüfuz qazanmamasına çalışacaq.

Üçüncüsü,İranın baş diplomatı prinsipial olaraq,əsas strateji müttəfiqi Rusiyanın da mövqeyini növbəti dəfə Yerevanda səsləndirməklə vurguladı ki,Azərbaycan və Ermənistan arasında yekun və davamlı sülh müqaviləsi Moskvasız olmaz.

Dördüncüsü,İran Ermənistanı nə qədər öz “etibarlı qonşusu”kimi göstərsə də,Nikol Paşinyan hökumətinin Qərbə dogru istiqamətlənən geopolitik kursunu özünə təhdid görür.Elə Rusiya kimi İran da Cənubi Qafqazda demokratiyanın bərqərar olmasına total qəzıb nümayiş etdirirlər.Tehran arzu edir ki,Ermənistanda gələcəkdə Qərbin siyasi və hərbi üstünlüyündənsə,elə ən münasib olanı bu ölkədə Rusiyanın mövcudlugudur.
Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir