KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kamal Aliyev: Azərbaycan-İran münasibətlərində yeni səhifə açıla bilərmi?

Kamal Aliyev: Azərbaycan-İran münasibətlərində yeni səhifə açıla bilərmi?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
117 0

Tehran buna nə qədər hazırdır?

Özbəkistanın paytaxtı Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyevin iranlı həmkarı Seyid İbrahim Rəisi ilə görüşdə dedikləri diqqətimi cəlb etdi.
Şübhəsiz ki,Bakı-Tehran münasibətlərində iqtisadi əməkdaşlıq,nəqliyyat və tranzit sahələrində birgə layihələrin həyata keçirilməsi təqdirəlayiqdir.Xüsusilə,Araz çayı üzərindən keçən Agbənd marşurutu strateji əhəmiyyət daşıyır və bu,Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respulikası arasında birbaşa nəqliyyat xəttinin qurulması üçün olduqca mühümdür.

Hərçənd,Naxçıvanla birbaşa əlaqənin qurulması Zəngəzur dəhlizi vasitəsilə olacaqdı,lakin Ermənistan faktiki olaraq 2020-ci il 10 noyabr razılaşmasının 9-cu bəndini yerinə yetirməkdən boyun qaçırır.Bu kontekstdə Yerevanın məqsədi aydındır:nəyin bahasına olursa-olsun Rusiya FTX-sı Zəngəzur koridoru üzərində hər hansı səlahiyyət sahibi olmamalıdır.

Bu gün Rusiya XİN-nin mətbuat katibi Mariya Zaxarovanın bu mövzuya toxundugunu nəzərə alsaq,belə nəticə hasil olur ki,Moskva Zəngəzur dəhlizi üzərində nəzarət funksiyasını heç kimə güzəştə getməyə razı olmayacaq.Belə olan halda,Zəngəzur dəhlizi mövzusu gündəmdən düşür.
Ermənistanın baş naziri Nikol Paşinyanın Zəngəzur dəhlizi məsələsində təsəvvürü bundan ibarətdir ki,marşurut xəttinə ya Ermənistan nəzarət etməli,ya da Avropa İttifaqının Müşahidə Missiyası(Fransa da ola bilər)dəhlizin təhlükəsizliyinə məsul olmalıdır.Necə deyərlər,top artıq Ermənistanın sahəsindədir və bu ölkə ya Rusiyaya müqavimətini davam etdirməlidir,ya da Azərbaycanın alternativi artıq hazırdır.Yuxarıda da vurguladıgım kimi,top Ermənistanın sahəsindədir, ya da bu ölkənin blokadası faktiki müzakirə mövzusudur.

İlham Əliyev-İbrahim Rəisi görüşünə gəlincə,belə demək mümkünsə üç illik qarşılıqlı “əsəb müharibəsindən”sonra münasibətlərdə normallaşmanı müşahidə etmək olar.Hər iki ölkənin mediasında son üç ildə qarşılıqlı təhdidlər,sərt tənqidlər hazırda özünü yumuşaq tona verib.Görünür,tərəflər konstruktiv əməkdaşlıgın vacib oldugunu dərk ediblər.Diqqət edin,tərəflər qarşılıqlı olaraq,”Təbrizdə üçrəngli bayragı asacagıq”,”Azərbaycan var olsun,istəməyən kor olsun”,”Bakı Respublikası”kimi ritorikadan istifadə olunmur.Mümkündür ki,Tehrandakı Azərbaycan səfirliyinə qarşı qanlı terror hücumundan sonra diplomatik missiya yenidən öz fəaliyyətini bərpa etsin.
Vacib olan budur ki,Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa edib və İran bunu istəsə də,istəməsə də qəbul etmək məcburiyyətindədir.Halbuki,o da ayrı bir müzakirə mövzusudur ki.ayətullahlar Azərbaycanın müstəqilliyində,güclü dövlət olmasında nə qədər maraqlıdırlar.

İlham Əliyevin iranlı həmkarı İbrahim rəisi ilə görüşdə dediyi bir məqamın da əhəmiyyəti vurgulanmalıdır.Deməli,Əliyev əvvəlki illərdə “regiondankənar qüvvələrin”İran və Azərbaycan arasında dostluq münasibətlərinə müdaxilə cəhdlərinə toxundu.Azərbaycan prezidenti dedi ki,bütün bunlar ugursuz oldu və düşmənlər öz məqsədlərinə çatmadılar.
Təbii ki,Əliyevin “regiondankənar qüvvələr”kəliməsinin alt qatında İsrailin olduguna şübhə yoxdur.
Eyni zamanda,son 30 ildə Tehran-Bakı xəttində ayətullahların istifadə etdiyi ittihamların başında Azərbaycanın İsraillə münasibətləri durur.Hər zaman vurguladıgım kimi,Azərbaycanı öz hinterlandı görən ölkə təkcə Rusiya deyil,həm də İrandır.Hər iki ölkə Azərbaycanın Qərbə inteqrasiyasına qarşıdırlar və bu ehtimalın onların geopolitik hədəflərinə təhdid yaratdıgını iddia edirlər.

Nəticə olaraq,Azərbaycan və İran arasında həm 3+3 layihəsi çərçivəsində,həm də ikitərəfli əməkdaşlıq formatında münasibətlərin normallaşacagını proqnozlaşdırmaq olar.
Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir