KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Əliyev:Qarabag separatçıları üçün “oyun”bitdimi?!

Kamal Əliyev:Qarabag separatçıları üçün “oyun”bitdimi?!

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
136 0

Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev deyib ki,Ermənistan hökuməti bizə qarşı ərazi iddialarına son qoymalı,hərbçilərini Qarabagdan çıxarmalı və Xankəndidəki marionet rejimi maliyyələşdirməkdən imtina etməlidir.
Ermənistanın baş naziri Nikol Paşinyanın keçirdiyi son mətbuat konfransında növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünü tanıdıgını dilə gətirmişdi.Hətta o,bəyan etmişdi ki,hökuməti Qarabag ermənilərini qoruya bilməyəcək və bu işi onlar “beynəlxalq mexanizmin”iştirakı ilə Bakı ilə birbaşa müzakirə etməklə həll etməlidirlər.Paşinyan açıq-aydın hayların nəzərinə çatdırır ki,o,29,8 min kvadratkilometrlik respublikanın baş naziridir.İndi bunun üzərinə Hikmət Hacıyevin şərtlərini də əlavə etsək belə bir nəticə hasil olur ki,bu gün faktiki olaraq,Paşinyan adminstrasiyasının önündə iki vacib öhdəlik var:2020-ci il 9-10 noyabr razılaşmasına uygun olaraq,Qarabag iqtisadi rayonundakı erməni silahlılar tərksilah edilməli və Xankəndidəki separatçıların “maliyyə borusu”kəsilməlidir.Bu,o deməkdir ki,Azərbaycanın təklif etdiyi “reinteqrasiya”kursuna uygun olaraq,Qarabagda pul vahidi kimi manat tədavül vasitəsi kimi istifadə olunmalıdır.Buna paralel olaraq,Qarabagdakı etnik erməni əsilli Azərbaycan vətəndaşlarının bütün zəruri ehtiyacları,pensiya və təqaüdlərin ödənilməsi Bakı tərəfindən həyata keçirilməlidir.
Xankəndidəki ermənilərin “ərzaq şousu”na gəlincə,bu problemin həlli Brüsseldə razılaşdırıldıgı kimi,Agdam-Xankəndi yolu vasitəsi ilə realizə edilməlidir.
Baxmayaraq ki,İravandan 19 tırdan ibarət 400 tonluq ərzaq məhsulları son məlumata görə artıq Laçın dəhlizinə çatıb,Azərbaycan tərəfi məhsulları böyük ehtimalla bu yolla Qarabaga daxil olmasına icazə verməyəcək.Bakı anlayır ki,ərzaqla dolu tırların Laçın dəhlizi vasitəsi ilə Qarabaga göndərilməsi reinteqrasiya kursuna uygun gəlmir.Hətta Azərbaycan tərəfi bu barədə Qarabagdakı rus sülhmıramlılarının komandanlıgını da məlumatlandırıb.
Hal-hazırda Qarabagdakı ermənilərin qida ehtiyacını qarşılamaq üçün ən optimal variant Agdam-Xankəndi yoludur və bu barədə BQXK-də məlumatlandırılıb.Zənnimcə,ermənilər bundan sonra hər hansı manipulyasiyaya,spekulyasiyaya getmədən Agdam-Xankəndi yolundan istifadə etməlidir.
Hikmət Hacıyev demişkən,Başqa yol yoxdur! Oyun bitdi!

Kamal Əliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir