KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kamal Əliyev: Paşinyanın hədəfi Qarabag erməniləri üçün geniş statusdur?

Kamal Əliyev: Paşinyanın hədəfi Qarabag erməniləri üçün geniş statusdur?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
136 0

Ermənistan parlamentinin spikeri Alen Simonyan bu gün bəyan edib ki,Qarabag ermənilərinin hüquq və təhlükəsizliyi mühümdür və bu məsələ unudula bilmız,əks halda problem həll olunmamış qalacaq.
A.Simonyanın bu cümləsinin məgzi bundan ibarətdir ki,Azərbaycan tərəfi Bakı Qarabag ermənilərinə status verməlidir.Ancaq bu “status”un nədən ibarət oldugu qeyri-müəyyəndir.Təhlükəsizlik məsələsinə gəlincə,Azərbaycan tərəfi təklif etdiyi reinteqrasiya prosesində vətəndaşı hesab etdiyi Qarabag ermənilərinə zəmanət verməyə hazır oldugunu bəyan edib.
Maraqlı detal budur ki,Azərbaycan XİN-nin rəhbəri Ceyhun Bayramov Qarabag ermənilərinə hər hansı status veriləcəyini rədd edib.İndi Vaşinqtonda keçirələcək Bayramov-Mirzoyan görüşündə Azərbaycan tərəfi güman ki,status mövzusunda güzəştə getməyəcəyini bəyan edəcək.

Göründüyü kimi,Bakı-İravan danışıqlar prosesində ziddiyyətli məqam Qarabag ermənilərinin statusu mövzusudur.A.Simonyan da təhdid şəkilində deyir ki,Qarabag ermənilərinə status verilməsə,problem həll olunmayacaq.Hətta Simonyan bir az da irəli gedərək deyir ki,Azərbaycan tərəfi hansısa mərhələdə Qarabag ermənilərinin status tələbinə razı olacaqlar.Bu,isə şübhəsiz,danışıqlar prosesini baltalayır.Görünür,Paşinyan hökumətinin Qarabag ermənilərinin statusi ilə baglı Rusiya ilə konfidensial razılaşması var.Yəni,Simonyanın dedikləri Rusiyanın maraqları ilə üst-üstə düşür.

Beləliklə,Paşinyan bir tərəfdən Qarabagı Azərbaycanın tərkib hissəsi kimi tanıdıgını deyir,digər tərəfdən isə bölgədəki etnik ermənilərə “status”istəyir.Deməli,belə aydın olur ki,İravanın təkidlə üzərində israr etdiyi beynəlxalq mexanizm və Bakı-Xankəndi formatı elə prinspcə özündə Qarabag ermənilərinin statusunu ehtiva edir.

Kamal Əliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir