KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Kamal Əliyev: Abdullahianın səfəri Bakı və Tehran arasındakı buzları əridə biləcəkmi?

Kamal Əliyev: Abdullahianın səfəri Bakı və Tehran arasındakı buzları əridə biləcəkmi?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
235 0

İranın xarici işlər naziri Əmir Hüsey Abdullahianın Azərbaycana səfəri başlayıb.Dogrudur,Abdullahian Bakıya Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun xarici işlər nazirləri səviyyəsində keçiriləcək görüşündə iştirak edəcək,ancaq ehtimal etmək olar ki,iranlı nazir ölkəsinin Azərbaycanla münasibətlərinin normallaşması istiqamətində Tehranın təkliflərini təqdim edəcək.Belə ki,Abdullahian səfərdən öncə vurgulayıb ki,onun səfəri regionda qonşuluq siyasətini izləmək və inkişaf etdirmək üçün bir fürsət olacaq.

Reallıq budur ki,həm Bakı,həm də Tehran ikitərəfli münasibətlərin inkişafında maraqlıdır.
Baxmayaraq ki,bir müddət əvvəl Tehranda Azərbaycana səfirliyinə qarşı terror törədilmişdi,ancaq Bakı münasibətlərdəki krizin daha da dərinləşməsində maraqlı deyil.Hətta belə qənaətə gəlmək olar ki,Tehran Zəngəzur dəhlizi məsələsində əvvəlkinə nisbətən indi müəyyən qədər yumuşaq mövqe tutmaga başlayıb.Tehran faktiki olaraq,Ankara və Bakının təklif etdiyi və Moskvanın da dəstəklədiyi “3+3″layihəsinə qarşı deyil.Üstəlik,adı çəkilən projenin realizasiyası üçün Zəngəzur dəhlizi vacib faktordur.Sadəcə,Tehran onda maraqlıdır ki,Zəngəzur dəhlizi üzərində Rusiyanın nəzarəti olsun.Nəzərə alaq ki,Tehran bu gün Rusiyanın ən yaxın müttəfiqlərindən biridir.Yəni,Rusiya Zəngəzur dəhlizi məsələsində sona qədər gedərsə,İranın buna müqavimət göstərəcəyi inandırıcı deyil.

Bundan əlavə,İran Azərbaycanın İsrsil ilə yaxınlaşmasını istəməsə də,artıq bu faktla barışıb.İndi biz onu görürük ki,artıq həm Azərbaycan,həm də Türkmənistan İsrail ilə münasibətlərini dərinləşdirmək xəttini seçib.Və belə olan təqdirdə,Tehran həm Bakı,həm də Aşqabad ilə siyasi və diplomatik münasibətlərini gərginləşdirmək istəməyəcək.
Digər tərəfdən,İran artıq Türkiyənin Cənubi Qafqazda önəmli aktor oldugunu da görür.Bu minvalla,yaxın tarixdə Türkiyə-Ermənistan münasibətlərində də müsbət dinamikanı görə biləcəyik.Yəni,Tehran NATO üzvü Türkiyənin Cənubi Qafqaza nüfuz etdiyi faktını qəbul edib.Bu nöqteyi-nəzərdən,İran Azərbaycanla həm siyasi,həm diplomatik,həm də iqtisadi əlaqələrini inkişaf etdirmək istiqamətində əlindən gələni edəcək.
Bu baxımdan,İranın xarici işlər naziri Abdullahianın azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirəcəyi görüş maraqlı olacaq.

Kamal Əliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir