KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. kafkassam başkanı Hasan Oktay Azerbaycan basınında: Qarabağda risklər

kafkassam başkanı Hasan Oktay Azerbaycan basınında: Qarabağda risklər

Hasan Oktay Hasan Oktay - - 6 dk okuma süresi
396 0


Qarabağda risklər:“Rusiya orada Donbass modelini…”- Təhlükəli ssenari…

“Məqsəd regionda daha uzun müddət qala bilməkdir”

“Kreml Zəngəzur dəhlizinin açılmasına dair sənədə qol çəksə də, əməldə buna mane olur”

Regiondakı geosiyasi durum olduqca dinamikdir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri, orada verilən mesajlar, İranda və Ermənistanda keçirilən seçkilər, Qərbin bölgədəki marağının artması yeni, maraqlı proseslər vəd edir. Əlbəttə, təlatümlər də istisna deyil. Cənubi Qafqaz nəhəng “dalğa”ya hazır olmalıdır. Kimin, hansı dövlətin bu “dalğa”nı dəf edəcəyi, hansının “boğulacağı” isə hələlik sual altındadır. Bir məsələ aydındır: diqqətli, ehtiyatlı və güclü olmaq lazımdır.

Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, professor Hasan Oktay son proseslərlə bağlı “Sherg.az”ın suallarını cavablandırdı:
– İrandakı prezident seçkilərinin nəticəsini necə qiymətləndirisiniz?

– Gözlənildiyi kimi, İbrahim Raisi qalib gəldi. İranın yaxın gələcəkdə Türkiyə vasitəsilə dünya siyasətinin bir parçası olacağı müzakirə mövzusudur. Dini lider Xamneyi öləndən sonra İbrahim Raisi, çox güman, həm də onun vəzifəsini icra edəcək. Nəzərinizə çatdırım ki, Türkiyə, İran və Rusiyanın son 150 illik tarixi bir-birinə çox bənzəyir. Bu oxşarlığı nəzərə alsaq, Rusiyada yaxın zamanda siyasi rejimin dəyişəcəyini gözləmək olar. Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Co Baydenlə görüşündə bunun anonsunu verib. Proseslərlə əlaqədar İranın ABŞ-la yaxınlaşması Azərbaycan və Türkiyə üçün arzuolunan deyil.

-Məlum olduğu kimi, Ermənistandakı parlament seçkilərində Nikol Paşinyan qalib gəldi. Bu, Qarabağ məsələsinin gələcəyi üçün nələr vəd edir?

-Paşinyanın qalib gələcəyi təəccüblü olmadı. Hətta, ola bilsin, ssenari əvvəlcədən Rusiya ilə razılaşdırılmışdı. Moskvanın istədiyi Ermənistanda zəif iqtidarın, güclü müxalifətin olmasıdır. Paşinyanın qalib gəlməsi ilə regionda ABŞ-ın təsir gücü artdı. Amma Qarabağla bağlı ciddi risklər var.

-Hansı risklər?

-Qarabağ eyni ilə Donbass kimi Rusiyanın nəzarəti altında qala bilər. Əvvəllər Qarabağ işğal altında olsa da, Azərbaycan ərazisi kimi tanınırdı. İndi isə rus sülhməramlıların nələr edəcəyi hələ məlum deyil. Xüsusilə Rusiya- Fransa ittifaqı Qarabağda ciddi problemlər yarada bilər. Odur ki, çox diqqətli olmalıyıq.

-“Şuşa bəyannaməsi”ndə də əksini tapan Zəngəzur dəhlizinin açılması məsələsi nə qədər reealdır?

– Azərbaycan və Türkiyə dövlət başçılarının imzaladıqları həmin sənəddəki bir çox müddəalar əslində 10 noyabr razılaşmasındakı şərtləri gündəmə gətirmək üçün idi. Rusiya rəsmiləri iki dövlət arasında hansısa hərbi ittifaqın onlara qarşı olacağını iddia edirlər. Məhz bu gərginliyə görə Laçın dəhlizi əvəzində Zəngəzur dəhlizinin açılması məsələsi təxirə salına bilər. Çünki Kreml sözügedən kommunikasiya xəttinin açılmasına dair sənədə qol çəksə də, əməldə buna mane olur. Həmçinin İran da dəhlizin açılmasına qarşıdır. Sadaladığım əngəllərə rəğmən, Azərbaycan və Türkiyənin qətiyyətli mövqeyi sayəsində dəhliz gec-tez açılmalıdır.

-Bəs altılıq platformasının yaranması?

– Bu məsələ hələlik real deyil. Belə ki, həmin birliyi təşkil edən ölkələrin regionla bağlı maraqları, mənfəətləri fərqlidir. 2008-ci ildə də oxşar məsələ gündəmə gətirilsə də, baş tutmamışdı. Ona görə də Türkiyə-Azərbaycan-Ermənistan üçtərəfli təmasları ilə əvvəlcə regiondakı əsas problemləri həll etmək lazımdır.

-İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın Şuşada eyham vurduqları Xankəndinin taleyi necə olacaq?

-Bayaq da dediyim kimi, Rusiya Qarabağda Donbass modelini tətbiq etməyə çalışacaq. Məqsəd regionda daha uzun müddət qala bilməkdir. Ermənistan parlamentində rus dilinin ikinci dövlət dili olması barədə qərarın qəbulu, Rusiyanın orada yaşayanlara öz pasportunu paylaması və “sülhməramlıların” sayının hər ötən gün artması optimist proqnoz verməyimizə mane olur.

-Təhlükəli ssenarinin qarşısını necə ala bilərik?

– Əlbəttə, məsələyə kompleks yanaşmaq lazımdır. Sadəcə bir məqama köklənmək doğru olmaz. Lakin buna diqqət çəkmək istəyirəm: Dövlət Baxçalının Şuşada orta məktəb tikmək layihəsi alınmadı. İndi isə Şuşada türk dünyasını təmsil edən universitet inşa edilməlidir. Əks halda Qarabağda Azərbaycanın ərazi bütövlüyü və xalqın rifahı tam təmin olunmayacaq və risk həmişə qalacaq.

https://sherg.az/x%C9%99b%C9%99r/166509

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir