KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kənan Novruzov: Zelenskynin evi vurulabilir

Kənan Novruzov: Zelenskynin evi vurulabilir

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
145 0

Şoyqu xəbərdarlıq edib: Zelenskinin iqamətgahı vurula bilər

Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu deyib ki, Ukrayna Silahlı Qüvvələri Krıma HIMARS və “Storm Shadow” raketləri ilə zərbə endirməyi planlaşdırır.
O bildirib ki, bu, ABŞ və Böyük Britaniyanın münaqişəyə tam cəlb olunması anlamına gələcək: “Xüsusi əməliyyat zonasından kənarda “HIMARS” və “Storm Shadow” raketlərinin istifadəsi Ukraynadakı qərar qəbuletmə mərkəzlərinə dərhal zərbələr endirilməsi ilə nəticələnəcək”.
S.Şoyqu həmçinin söyləyib ki, NATO mütəxəssislərinin hazırladığı Ukraynanın elit birləşmələri hücum əməliyyatlarını davam etdirirlər.
Ukraynanın davam edən əks-hücum əməliyyatlarının əsas istiqamətlərindən biri də məhz Krım yarımadası ilə bağlıdır. Krım üzərində Ukraynanın kəşfiyyat uçuşları bunu deməyə əsas verir.
Ukrayna rəsmiləri, o cümlədən Prezident Volodimir Zelenski dəfələrlə bildiriblər ki, müharibə bütün Ukrayna ərazisinin, o cümlədən Krımın işğaldan azad olunması ilə başa çatmalıdır. Bu, rəsmi Kiyevin qətiyyətini göstərməklə yanaşı, eyni zamanda müharibənin uzun müddət davam edəcəyinə işarədir.
Ukraynanın əks-hücum əməliyyatları çərçivəsində Krıma zərbələrini intensivləşdirəcəyi gözləniləndir. Bu, strateji əhəmiyyətli məsələdir. Çünki Krımda başlayacaq müntəzəm əməliyyatlarla Ukrayna bəzi nəticələrə nail ola bilər. Birincisi, Rusiyanın diqqəti Ukraynadakı müharibədən yayınacaq. Bu, Ukrayna ordusunun uğurlu əks-hücum əməliyyatlarına kömək edəcək. İkincisi, Krımın azad olunması istiqamətində addımlar atılacaq. Üçüncüsü, Rusiya daxilindəki gərginlik artacaq. Dördüncüsü, Ukrayna bu yolla Qərbdən daha çox dəstək ala bilər.
S. Şoyqunun açıqlamaları daha çox çəkindiriciik və xəbərdarlıq xarakteri daşıyır. O demək istəyib ki, “HIMARS” və “Storm Shadow” raketlərinin istifadəsi NATO ölkələrinin faktiki olaraq Ukraynada mübarizə aparması demək olacaq. Beləliklə, sübut olunacaq ki, Rusiya əslində Ukrayna yox, Alyans ölkələri ilə müharibə aparır. Bu, rəsmi Moskvanın iki ilə yaxındır ki, niyə hələ də qələbə qazana bilməməsinin cavabı kimi ictimai rəyə təqdim ediləcək.
Əlbəttə, rəsmi Kiyev başqa alternativlər barədə düşünə bilər. Hərçənd Krım ancaq uzqmənzilli və yüksək keyfiyyətli silahlarla vurula bilər. Bunun üçün isə HIMARS və “Storm Shadow”, demək olar, idealdır.
Rusiya müdafiə naziri “qərar qəbul etmə” mərkəzləri deyəndə, sözsüz ki, Ukraynanın ali hərbi rəhbərliyinin qərargahlarını, hətta, ola bilsin, prezident Volodimir Zelenskinin yerləşdiyi yeri nəzərdə tuturdu. Bu da Ukraynanın çəkindirmək üçündür. Amma S. Şoyqunun bu təhdidlərinin Ukraynanı və Qərbi qorxuda biləcəyini düşünmürəm. Ehtimal edirəm ki, xüsusilə F-16 qırıcı təyyarələrinin Ukraynaya tədarükündən sonra Krım uğrunda əməliyyatlar güclənəcək.
Bu isə müharibənin daha şiddətlənməsinə və nüvə silahının tətbiqinə səbəb ola bilər.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir