KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kənan Novruzov: Zelensky Polonya’ya silah almaya gidiyor

Kənan Novruzov: Zelensky Polonya’ya silah almaya gidiyor

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
173 0

Zelenski Duda ilə görüşəcək: Polşanın silah tədarükü intensivləşə bilər
Ukrayna Prezidenti Volodimir Zelenski sabah, apelin 5-də Polşaya səfər edəcək. Onun həmkarı Andjey Duda ilə görüşəcəyi gözlənilir.
Tərəflər sonuncu dəfə bir neçə ay əvvəl Ukraynada bir araya gəlmişdilər.
Məlumdur ki, müharibədə Ukraynaya ən çox dəstək olan ölkələrdən biri Polşadır. Bunun əsas səbəblərindən biri də, şübhəsiz ki, rəsmi Varşavanın təhlükəslik qayğısıdır. Duda yaxşı başa düşür ki, Ukrayna məğlub olsa, Rusiyanın növbəti hədəflərindən biri Polşa ola bilər.
Səfər ərəfəsində, dünən Polşanın bir neçə MiQ-29 qırıcısının Ukraynaya təhvil verildiyi açıqlandı. Yəqin ki, bu proses gələckdə də davam edəcək. Polşanın Ukraynaya silah tədarükünün intensivləşəcəyi gözləniləndir. Görüş zamanı bu barədə razılıqların əldə olunması mümkündür.
Savaşın yaxın vaxtda başa çatacağı gözlənilmir. Əksinə, yəqin ki, döyüşlər hələ uzun çəkəcək. Bu isə o deməkdir ki, Polşa və digər müttəfiqlər Ukraynaya dəstəyi səngitməməli, əksinə, gücləndirməlidirlər.
Qarşılıqlı təmasların, o cümlədən səfərlərin davam etməsi, əlbəttə, həm də Rusiyaya mesajdır. Müttəfiqlər, beləliklə, Kremlə həmrəyliklərinə dair ismarış verir, birliklərinin zəifləmədiyini göstərmək istəyirlər.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir