KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kənan Novruzov: Ukrayna müharibəsi Qərbi bir- birinə vurur

Kənan Novruzov: Ukrayna müharibəsi Qərbi bir- birinə vurur

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
43 0

Böyük Britaniyanın xarici işlər naziri David Kameron deyib ki, Qərb Ukraynanı kifayət qədər dəstəkləmir. Onun sözlərinə görə, Ukraynanın kifayət qədər silah-sursatı yoxdur: “Kiyevin ABŞ-nin dəstəyinə ehtiyacı var. Ukraynaya daha çox maliyyə və silah lazımdır”.
“Biz sözlərimizə sadiq olmalıyıq”, – nazir əlavə edib.
Məlum olduğu kimi, Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirib ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. ABŞ Ukraynaya yardımı dayandırıb. Bundan əvvəl xarici KİV-lər yazmışdı ki, ABŞ Ukraynadan hücumdan müdafiə strategiyasına keçməyi tələb edir. ABŞ dövlət katibi Antoni Blinken daha əvvəl Ukraynanın çətin vəziyyətdə olduğunu bildirib.
Ukrayna Prezident Ofisinin müşaviri yanvarın 27-də deyib ki, Rusiya artıq genişmiqyaslı hücumlar təşkil etmək iqtidarında deyil. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, müharibə yaxın vaxtda qələbə ilə başa çatacaq. Bir çox Qərb rəsmiləri davam edən döyüşlərin Rusiya-NATO savaşına səbəb ola biləcəyini iddia edirlər.
Məlum olduğu kimi, Şərqi Avropadakı müharibə artıq üçüncü ildir ki, davam edir. Ötən üç il ərzində Qərbin müharibə ilə bağlı mövqeyi kəskin şəkildə dəyişdi. Belə ki, savaşın ilk vaxtlarında Qərb kollektiv formada Ukraynanı dəstəklədiyini bildirirdi. Bu gün isə artıq nəinki ABŞ – la Avropa İttifaqı (Aİ) arasında, sözügedən qurumların daxilində də Ukrayna ilə bağlı fikir ayrılığı var. Bu, bir neçə səbəblə izah oluna bilər.
Birincisi, ola bilsin, Ukraynanın əks – hücum əməliyyatlarının uğursuzluğu ABŞ və Aİ- ni məyus edib. Qərb düşünməyə başlayıb ki, ayırılan vəsait göyə sovrulur. Ona görə də geri çəkilmək qərarına gəlib.
İkincisi, mümkündür ki, Qərblə, xüsusilə ABŞ – la Rusiya arasında gizli razılaşma var. Ola bilsin, tərəflər Ukraynanın parçalanması barədə razılığa gəliblər. Ona görə də Qərb indi Rusiyanın qələbəsini təmin etmək məqsədilə Ukraynanı müdafiə etmir.
Üçüncüsü, istisna deyil ki, ABŞ – nin Ukraynaya dəstəyi kəskin səviyyədə aşağı salınmasının səbəbləri həm də Yaxın Şərqdə davam edən müharibədir. Çünki Vaşinqton indi iki cəbhədə mübarizə aparmalıdır. Üstəgəl, ABŞ – da prezident seçkiləri yaxınlaşır. Bu isə o deməkdir ki, Ağ Ev maliyyə resurslarını daha diqqətlə istifadə etməlidir.
Hələ ki, ən azı mövcud mənzərəyə əsasən deyə bilərik ki, Aİ Ukraynanı dəstəkləməkdə israrlıdır. ABŞ isə, əksinə, geri çəkilir. Bu, Ukraynanın ziyanınadır.
Belə davam edərsə, gələcəkdə Aİ ölkələri ilə ABŞ arasında ziddiyyətlər yarana bilər. Rəsmi Vaşinqton əleyhinə tənqidlərin artması gözlənilir.
Aİ ən azı mövcud durumu qoruyub saxlamaq üçün indi həm özünün, həm də ABŞ – nin yerinə “işləməlidir”. Bu isə çox çətindir.
Kənan Novruzov
“Report” İnformasiya Agentliyinin əməkdaşı, siyasi şərhçi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir