KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kənan Novruzov: Rusiya “dala dirənir”, nüvə müharibəsi ehtimalı artır

Kənan Novruzov: Rusiya “dala dirənir”, nüvə müharibəsi ehtimalı artır

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
144 0

Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu 10-cu Syanşan Təhlükəsizlik Forumunda çıxışı zamanı deyib ki, nüvə müharibəsi ehtimalı getdikcə artır. Onun Qərb Rusiya ilə münaqişəni gərginləşdirmək xətti tutub və bu, nüvə gücləri arasında hərbi toqquşmaya səbəb ola bilər: “Qərbin müntəzəm şəkildə Rusiya ilə münasibətləri gərginləşdirmək səyləri nüvə gücləri arasında hərbi toqquşma təhlükəsi daşıyır və fəlakətli nəticələr vəd edir”.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin və Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, keçmiş prezident Dmitri Medvedev lazım olacağı təqdirdə nüvə silahından istifadə ediləcəyini bildiriblər.
Nüvə müharibəsi ehtimalı əslində faktiki olaraq hər ötən gün artır. Bunun əsas səbəbi Rusiyanın imkanlarının getdikcə tükənməsidir. Qərb Rusiyanı tədricən “dalana dirəyir”. Ukraynadakı müharibənin yaxın vaxtda başa çatacağı ağlabatan görünmür. Bu isə o deməkdir ki, “Rusiyanın başı hələ çox ağrıyacaq”.
Davam edən müharibəyə təkcə hərbi konteksdən yanaşmaq doğru olmaz. Məsələ ondan ibarətdir ki, Rusiya iqtisadi sanksiyalar altında getdikcə sıxılır. Üstəgəl, Rusiya sivil dünyadan təcrid olunur, müttəfiqləri ilə münasibəti pisləşir. Daxildə hakimiyyət əleyhinə narazılıq da artır. Bu, sözsüz ki, 2024-cü ildə Rusiyada keçirilməsi nəzərdə tutulan prezident seçkilərində Putinin şanslarını xeyli azaldır.
İndiki məqamda müharibənin dayanması Rusiyanın maraqlarına uyğundur. Bu, gələcək təhlükələrin qarşısının alınması üçün Moskvaya lazımdır. Amma görünür, Kreml hələ buna nail ola bilməyəcək. Savaş Qərb nə vaxt istəsə, onda bitəcək.
Rusiya indiyədək bir neçə dəfə Ukraynanı qorxutmağa, Qərbi hədələməyə çalışıb. Bu məqsədlə Ukraynada kütləvi raket hücumları həyata keçirilib, ən qəddar generallar Ukraynadakı əməliyyata komandan təyin olunub, həmçinin “Vaqner” özəl hərbi təşkilatının imkanlarından istifadə edilib. Amma bunların heç biri nəticə verməyib. Bu isə o deməkdir ki, Rusiyanın “kartları” getdikcə azalır.
Müharibə davam etdikcə nüvə silahının tətbiqi ehtimalı artır. Çox böyük ehtimalla, savaş başa çatana qədər Rusiya ən azı taktiki nüvə silahından istifadə edəcək. Hərçənd Qərbə lazım olan da elə budur. Bundan sonra bir mübaliğə ilə desək, yer yerindən oynaya bilər.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir