KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kənan Novruzov: Nəticəsiz danışıqlar bizə lazım deyil: Azərbaycan hərəkətə keçəcək

Kənan Novruzov: Nəticəsiz danışıqlar bizə lazım deyil: Azərbaycan hərəkətə keçəcək

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
185 0

Ermənistan baş naziri Nikol Paşinyan dünən parlamentin iclasında deyib ki, yaxın vaxtlarda Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla azərbaycanlı həmkarı Ceyhun Bayramov arasında görüş keçiriləcək. O, XİN başçılarının mayın 1-4-də Vaşinqtonda keçirilmiş danışıqları zamanı əldə edilmiş bəzi irəliləyişlərin inkişaf edəcəyinə ümid bəslədiyini vurğulayıb.
Görüşün hansı tarixdə keçiriləcəyi açıqlanmayıb.
Məlum olduğu kimi, nazirlərin Vaşinqtonda görüşməsi ilə bağlı daha əvvəl razılıq əldə olunmuşdu. Lakin sonradan hər iki tərəf bu görüşün təxirə salındığını bildirmişdi. Müzakirələrin vaxtının qeyri-müəyyən vaxta dəyişdirilməsi ermənilərin təxribatlarını intensivləşdirdiyi vaxta təsadüf etdi.
Azərbəycan mövcud ziddiyətlərin sülh yolu ilə həllində və diplomatik cəhdlərdə maraqlıdır. Kimsə unutmamalıdır ki, Azərbaycan qalib tərəf olmasına baxmayaraq, sülh təklifi ilə çıxış edib. Və biz indiyədək səbrlə bu diplomatik səylərin nəticə verməsini gözləyirik.
Diplomatlar arasında təmaslar bizim maraqlarımıza uyğundur. Amma bu təmaslar nəticəyönümlü olmalıdır. Sadəcə görüş xətrinə görüş rəsmi Bakıya lazım deyil. Bu cür mənasız görüşlərin limiti Azərbaycan üçün artıq bitib.
Xatırlatmaq yerinə düşər ki, hələ ATƏT-in Minsk Qrupunu fəaliyyəti dövründə, otuz il ərzində xeyli sayda görüş keçirilib. Məhz həmin mənasız görüşlər nəticəsində işğal faktı uzandı, Ermənistan vaxt qazandı. Bəlkə də, rəsmi İrəvan yenə bu təcrübədən istifadə etməyə çalışır. Amma N. Paşinyan və onun komandası İkinci Qarabağ müharibəsinin nəticələrini unutmamalıdır. Bilməlidir ki, Azərbaycan Ermənistanın “hansı havanı çalmasından” asılı olmayaraq öz işini görəcək.
Təxribatlar davam etdiyi vaxtda N. Paşinyan xarici işlər nazirlərinin görüşünü yada salması diqqət çəkir. O, bu yolla danışıqlara sadiq olmasına dair rəy yaratmaq istəyir.
İkincisi, görünür, Ermənistan hərbi – siyasi hakimiyyəti nəticəsiz danışıqlarla vaxt uzatmaq cəhdlərini artıq strategiyaya çevirib.
Əgər Ermənistan danışıqlar istəyirsə, təxribatlardan birmənalı olaraq əl çəkməlidir. Əks halda Azərbaycan adekvat cavab tədbirləri görəcək. Bu halda isə danışıqlar rəsmi İrəvan üçün seçim yox, məcburiyyət olacaq.
Gələcəkdə nazirlərin görüşməsi mümkündür. Amma nə qədər ki, Ermənistan sabotaj cəhdlərini davam etdirəcək, bu müzakirələr nəticəsiz qalacaq.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir