KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Allaha asi, millətə xəyanətin anatomiyası (Deputat Araz Əlizadəyə açıq məktub)

Allaha asi, millətə xəyanətin anatomiyası (Deputat Araz Əlizadəyə açıq məktub)

Kafkassam Editör Kafkassam Editör - - 11 dk okuma süresi
316 0

Artıq bir müddətdir ki, kütləvi informasiya vasitələrində Araz Əlizadə saqqızı fasiləsiz və fərqli rakursdan danışılır. Onun beyin mətbəxini, boynunda kimin xaltası olduğunu və tərcümeyhalını yaxşı bildiyim üçün əhəmiyyət vermək istəmirdim. Amma utanmaq əvəzinə hər yerdə boy göstərir, deputatı olduğu xalqın tarixi dəyərlərinə hücum etməyi özü üçün bir dəyərə çevrilmişdir. Artıq Azərbaycan haqqında kim əsassız olaraq mənfi mövqedən çıxış edirsə seçicilər-Azərbaycan vətəndaşları “Araz Əlizadə xəstəliyinə tutulub” deyirlər. Mən tibbi ensiklopediyada belə bir xəstəliyə rast gəlməsəm də gerçək həyatımızda tez –tez rastlaşıram.
Hərşeyşünas deputat duzunu çörəyini götürüb tarixini bilmədiyi, arxivlətrində işləmədiyi, dünyanın onun haqqında obyektiv fikrini bilmədiyi halda üç qitədə ədalətlə hakimiyyət sürmüş Osmanlı dövləti ilə donkixotcasına mübarizə aparır. Araz Əlizadənin fikir kanalizasiyası tanış olduqda məlum olur ki, onun savad səviyyəsi sıfırın altındadır. Ona görə də belə bir bilik səviyyəsi ilə dünya tarixinin nəhənglərindən biri olan Osmanlı imperiyası haqqında heç bir elmi əsası və dəyəri olmayan fikirləriniz Allaha asilik, millətə xəyanətdir.
Mən inanıram ki, millətə tarixin zirvəsində yer ayıran Allahdır. Allahın qaldırdığını sən endirmək istədikdə asiyə gülür.” Mən qaldırdığımı sən ebndirə bilməzsən” deyir. onun bu asiliyini bu cür qiymətləndirmədən başqa ad qoymaq mümkün deyil.
Deputat Araz Əlizadənin soysuz tezisləri baş alıb gedir, “Dur” deyənlərə əhəmiyyət vermədən acıq rəngləri daha da tündləşdirir.Yalan danışan utanmalıdır. Amma mən onda qızaran üz görmürəm. Axı, niyə qızarsın vərdişkardır. Axı o bu cəmiyyətdə heç vaxt əli öpüləsi olmamış, həmişə üzütüpürcəkli olmuşdur. Ona görə də ondan hər şey gözləmək olar.
Birinci “tezisi” ondan ibarətdir ki, üç qitədə ədalətlə hakimiyyət sürmüş “Osmanlı ordusu muzd qarşısında xidmət edən ordu” imiş. Sən axı osmanlı ordu sistemini bilmədiyini ortaya qoyur və tezisinin tarixin zibilliyində olmasını müəyyən edirsən . Orduda olanların məvacib alması bütün dövrlərdə məqbuldur. Osmanlıda da.
İkinci “tezisi “Türkiyə və Azərbaycan qardaş ölkə deyillər. “ Bu iki ölkənin qardaş olmasını təsdiq etmək üçün onun tarixini bilmək lazımdır. Tarixin bütün dövrlərində bu iki dövlət bir-birinin yanında olmuşlar. Çanaqqala savaşında Osmanlı sıralarında vuruşub həlak olanlar yalnız qəlblərinin hökmü ilə savaşa getmişdilər. I Dünya möharəbəsi illərində Anadolunun işğal olunan ərazilərinə Bakı Müsəlman Xeyriyyə cəmiyyəti himayə edirdi. Osmanlı dövləti I Dünya müharibəsinin sonunda daxil olduğu blokun məğlub olacağını bilirdi. Özünə də hərbi qüvvə çox lazım idi. Heç bir mənafe güdmədən qardaş yardımı edərək Qafqaz İslam Ordusunu qurdu, Azərbaycan Xalq Cümhuriyyətinin dəvəti ilə köməyə gəldi. Bakını azad edib Azərbaycan Xalq Cümhuriyyətinə verdi. Antanta dövlətlərinin tələbi ilə Azərbaycanı tərk etməyə məcbur oldu. Qafqaz İslam Ordusunun komanda heyəti gələcəkdə yarana biləcək təhlükənin qarşısını almaq üçün Azərbaycan vətəndaşlığını qəbul edib burada qalmaq istəyirdilər.
Lakin ermənilərin məlumatı ilə İngiltərə Qafqaz İslam Ordusu əsgərlərinin Azərbaycanda qalmasına icazə vermədi. Bunlar heç bir xalqın tarixində analoqu olmayan qardaşlığın(Türkiyə respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan nə qədər gözəl təsbit etmişdir Kemik qardaşlığı) şah əsəridir. Şübhəsiz sənin mövqeyin şəxsinizə aid deyildir. Axı, sənin mövqeyin ola bilməz. Çünki kənardan təqdim olunan layihələrə tabesiniz. Belə bir ıfadə var “xarici düşmənlərin layihəsini yerinə yetirənin pulu olur, milləti olmur.” Millətə xəyanətin anatomiyası burada suyun üzərinə çıxır.
Üçüncücü tezisdə “Osmanlı ordusu pul müqabilində Azərbaycana köməyə gəlib” deyilir. İnsan nə qədər məlumatsız olmalıdır ki, belə bir böhtanı dilinə gətirsin. Mən uzun illərdir ki, bir çox arxivlərdə (hətta İrəvan arxivində də), kitabxanalarda işləmişəm. Bu iddianı döğrulayacaq sənəd bir yana qalsın heç işarə də yoxdur. Bunu deputat haradan almışdır? Bu, erməni xatirə ədəbiyyatından başqa bir şey deyildir. Deputattın tezisləri bu nəticəyə gəlməyə əsas verir ki, o erməni tezislərinə sadiqdir ,onlarla nəfəs alır və tələb olunan şəkildə xidmət edir.
Dördüncü tezisdə “Erməniləri bizim üstümüzə salan elə Osmanlı dövləti idi” göstərilir. Belə bir fikir söyləyən insan Azərbaycan Respublikasının sərhədləri daxilində yaşamaq haqqını çoxdan itirmişdir Amma yaşayır da. Görəsən qanunlarımız da bu deputatın qarşısında bu qədər mi acizdir? O ,Millətin qırmızı xəttini çoxdan keçmişddir. 1918-ci ildə mart ayında azərbaycanlıların soyqırımını erməni etmədi ki? Burada Osmanlının nə günahı?
Beşinci tezisdəki” “Nuru paşa Gəncədə oturmuşdur və ona qızıl gələnə qədər yerindən tərpənmirdi” və “Hacı Zeynalabidin Tağıyev Nuru paşaya faytonla qızıl çatdırandan sonra o Gəncədən Bakıya hərəkət etdi” fikirlərinin heç bir sənədə əsaslanmadan sifarişlə deyilən fikirdir. Bu kimi əsassız fikirlər Türk şəhidlərinin və Nuru paşanın ruhuna qarşı özünü bu millətin nümüyəndəsi hesab etməyənin heç bir sənədə fakta əsaslanmayan bir nəfərin sərsəm sayıqlamasıdır. Əslində tarixi reallıq necə olmuşdur?
“1918-ci il mart şəhidlərinin 40-ı günü Hacı Zeynalabidin Tağıyev bəyan edir ki, bizi kim xilas etsə yaşadığım evi( Azərbaycan tarixi muzeyinin binasını-H.S) ona verəcəm. Bakı azad edildikdən sonra Hacı binanı qəbul etmək məqsədi ilə Nuru paşaya müraciət edir. Nuru paşa isə “mən qardaş köməyinə gəlmişəm, istilaçı deyiləm ki, qənimət alım.” deyərək imtina edir.”
Altıncı tezisdə İnsan nə qədər dünyadan xəbərsiz olmalıdır ki, dünyaya gəldiyi gündən bəri danışdığı dilin türk dili olduğunu da bilməsin. Əgər belədirsə bu dildən nə üçün imtina etmirsən? Dil qruplarından tam xəbərsiz olan deputat Don Kixot yel dəyirmanlrı ilə vuruşur. Onu yeni “kəşflərinə” görə dilçilik sahəsində akademik seçmək lazım olacaq. Aryan irqi nədir bilmir. Əsassız olaraq Hind-Avropa irqini yaradır və irqşünaslıqda yenilik meydana gətirir. Daha sonra “türklərlə azərbaycanlılar arasında heç bir qan bağı yoxdur” iddiası bu qədər yazılanlardan sonra heyrət doğurur
Yeddinci tezis Deputat Araz Əlizadənin iddiaları ermənilərin uzun illərdən bəri üfürdüyü yalanların bəsit formada təkrarından ibarətdir. Üçüncü ölkələrdə Araz kimilər üçün kifayət qədər muzdlu layihələr var. Bu layihələri yerinə yetirənlər sahibindən bir addım da olsun irəli gedə bilməz. Gedə də bilmir.
Səkkizinci tezisdə deputat müharibələrdən danışarkən Azərbaycan türklərinin amansızlığını əsassız olaraq misal gətirir. Axı, tarixi bilmədən iddiaçı olanda insan gülünc vəziyyətdə qalır. 1918-ci ildə Beynəlxalq Xaç Cəmiyyətinin nümayəndələri Bakıya gəldikdə Azərbaycan türkləri haqqında eşitdiklərinin müqabilində gördülklərinə inana bilmirlər. Xəstəxanada azərbaycanlı həkimlər bütün millətlərdən olan xəstələrlə bərabəər heç bir ayrı seçkilik etmədən erməniləri də müalicə edirdilər. Beynəlxalq Xaç Cəmiyyətinin nümayəndələrinin Bakı hesabatı ilə tanış olun
Türk olmaq şərəfdir, dünyada olan hər bir insanın arzusudur.. Türk olmaq istəmirsənsə səndən soruşuram: Türk nə zaman səni sıralarına qəbul etmişdir ki?
Professor Həsənbala Sadıqov
Azərbaycan Respublikasının Əməkdar müəllimi
5 noyabr 2019-cu il

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir