KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kənan Novruzov: Kənar güclərin regiona soxulmasının qarşısı alınmalıdır, əks halda

Kənan Novruzov: Kənar güclərin regiona soxulmasının qarşısı alınmalıdır, əks halda

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
125 0

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov BBC radiosunun canlı efirində Cənubi Qafqazdakı durum barədə danışıb. O, bildirib ki, Tehranda keçirilən nazirlərin görüşündə “3+3” formatının iştirakçıları konsensusa gəliblər ki, məhz region ölkələrinin regional problemlərinin həllində əsas rol oynaması lazımdır və bu mənada biz bu strateji əhəmiyyətli regionun gələcəyinin formalaşdırılmasında aidiyyət və iştirak hissimizi gücləndirmək niyyətindəyik.
“Bu mənada ölkələrin kənar oyunçuların regionun işlərinə zərərli xarici müdaxiləsinə qarşı çıxması təbiidir. Regiondankənar oyunçular çox vaxt öz mənfur daxili siyasətlərinə və maraqlarına əsaslanan “reseptləri”ni zorla Cənubi Qafqaz ölkələrinə qəbul etdirməyə çalışırlar”, – o vurğulayıb.
Məlum olduğu kimi, dünyanın ayrı-ayrı beynəlxalq gücləri regiona “yağlı tikə” kimi baxırlar. Fransa, ABŞ kimi Cənubi Qafqazdan çox uzaq dövlətlər bölgə ilə bağlı maraqlarını həyata keçirmək məqsədilə hərbi gərginliyə şərait yaradırlar. Bu dövlətlər çirkin məqsədləri üçün daha çox regionun “ən zəif bəndi” olan Ermənistandan istifadə edirlər.
Bu baxımdan E. Əmirbəyovun dediklərində həqiqət var. Region ölkələri məhz qarşılıqlı əməkdaşlıq, həmrəylik nəticəsində kənar güclərin bölgəyə müdaxiləsinin qarşısını ala bilərlər. Bu isə regionda “suların durulması” deməkdir.
Cənubi Qafqazda əməkdaşlığın güclənməsi, xarici güclərin regiona müdaxiləsinin qarşısının alınması üçün ən ideal variant məhz 3+3 layihəsidir. Altılıq platformasının güclənməsi istiqamətində müəyyən addımlar atılsa da, təəssüf ki, hələ də arzuolunan nəticəni əldə etməmişik. Bunun əsas səbəbi Gürcüstanla Rusiya arasındakı problemlərdir.
Altılıq platformasının güclənməsi region ölkələrinin hər birinin xeyrinə olmaqla yanaşı, həm də ümumi bölgə üçün faydalıdır. Əslində 3+3 formatının inkişafı qlobal sülhə də töhfə verə bilər. Çünki bunun nəticəsində ayrı-ayrı siyasi aktorlar arasında qarşıdurma xeyli dərəcədə səngiyəcək.
Kənar güclərin regiona soxulmasının qarşısının alınması Cənubi Qafqaz ölkələrinin hər birinin marağındadır. Bunun yeganə yolu isə ortaq mövqedən çıxış edərək, əməkdaşlığı gücləndirməkdir. Bu zaman bizim heç bir kənar oyunçuya ehtiyacımız olmaz. Nəticədə üçüncü güclərin regiona soxulmasının qarşısı alınar.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir