KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Kənan Novruzov: İstanbul sazişinə dair ABŞ – ın “B planı”: dəstək, yoxsa köstək?

Kənan Novruzov: İstanbul sazişinə dair ABŞ – ın “B planı”: dəstək, yoxsa köstək?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
358 1

ABŞ Odessa limanına Rusiyanın raket zərbəsi endirməsindən sonra Ukrayna ilə taxılın ixracı ilə bağlı “B planı” üzərində işləyir. Bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) administratoru Samanta Pauer bildirib.
“B planına yollar, dəmir yolu və çaylar daxildir. Barjaların göndərilməsi və dəmir yolu sisteminin tənzimlənməsi ilə onlar Avropaya daha çox uyğunlaşacaqlar və ixrac daha sürətlə həyata keçiriləcək”, – Samanta Pauer deyib.
O, Rusiya Prezidenti Vladimir Putinə etimad etmədiklərini qeyd edib. Bununla belə, Pauer Türkiyə və BMT-nin iştirakı ilə Ukrayna və Rusiya ilə əldə edilmiş “taxıl razılaşması”nın Rusiyanın Odessa limanını bombalayaraq dərhal razılaşmanı pozmaq cəhdinə rəğmən bir şəkildə fayda verəcəyinə ümid etdiyini deyib.
Bu arada Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov söykəyib ki, Odessanın vurulması İstanbul sazişinin pozulması deyil. Çünki Odessada hərbi obyektlər vurulub.
Diqqətçəkən məqam ondan ibarətdir ki, Vaşinqton indiyədək taxıl icrası məsələsinə, demək olar, biganə yanaşırdı, bu məsələyə o qədər də maraq göstərmirdi. Bir neçə gün əvvəl imzalanan İstanbulda sazişindən sonra belə bir açıqlama verildi. İlk baxışdan, bəlkə də, düşünmək olar ki, Vaşinqton Moskvanın “ipə- sapa yatmadığını” görür və qlobal aclıq təhlükəsinin qarşısının alınmasında Ankaraya kömək etmək istəyir. Amma bu, o qədər də ağlabatan görünmür.
Məsələ ondan ibarətdir ki, Rusiya ilə Ukrayna arasında razılığa nail olmaqla Türkiyə çox böyük uğura imza atıb. Bu, ehtimal edilən aclıq böhranını aradan qaldırmaq deməkdir. Eyni zamanda Ankaranın və Ərdoğanın beynəlxalq aləmdəki nüfuzunu daha da artıracaq məqamdır.
ABŞ Türkiyənin beynəlxalq nüfuzunun artmasını istəmir. Vaşinqtonla Ankara arasında müxtəlif məsələlərdə fikir ayrılığının olması məlumdur. Bu, Rusiya ilə Ukrayna arasında davam edən müharibəyə də aiddir.
Bu mənada ABŞ Beynəlxalq İnkişaf Agentliyinin açıqlamasının taxıl böhranını aradan qaldırmaq məqsədli olduğu inandırıcı deyil. Bu, daha çox Türkiyənin uğurunu kölgədə qoymaq üçündür. Təsadüfi deyil ki, İstanbul sazişi imzalanandan sonra bir çox dünya liderləri bu məsələni alqışlasalar da, Ağ evdən reaksiya gəlmədi.
Yəqin ki, ABŞ rəsmiləri və ölkədəki müxtəlif qurum rəhbərləri taxıl ixracına dair bundan sonra da müxtəlif bəyanatlar səsləndirəcək, fərqli təşəbbüslərlə çıxış edəcəklər. Bəlkə də, Vaşinqton Ankaranın bu işi bacaracağını gözləmirdi. Amma Türkiyə istədiyinə, demək olar, çatıb. Bundan sonra isə ABŞ – ın Türkiyənin bu konstruktiv addımının nəticəsiz qalması üçün çalışması istisna deyil. Həm də ona görə ki, İstanbul sazişi gələcək sülh müqaviləsi üçün ilkin addım kimi də qiymətləndirilir. Vaşinqton isə Ankaradan fərqli olaraq, hələlik müharibənin bitməsini istəmir.
Kənan Novruzov

İlgili Yazılar

1 Yorum

  1. Dilara - -

    Açıklayıcı bilgi verici zamanimizi bosa harcamayan bir yazı olmus ellerinize saglik

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir