KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kənan Novruzov: Rusiyada nə baş verir?: 48-72 saat ərzində…

Kənan Novruzov: Rusiyada nə baş verir?: 48-72 saat ərzində…

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
236 0

Rusiya Müdafiə Nazirliyi ilə “Vaqner” muzdlu hərbi təşkilatəı ehtimal olnan gərginlik, demək olar, pik həddə çatıb. Belə ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin bildirib ki, Rusiya hərbçiləri “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirib, bir çox döyüşçü ölüb. Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb.
Bundan sonra “Vaqner” qoşunları Rusiyanın Rusiya ərazisinə daxil olublar. Ölkə daxilində Rusiya Silahlı Qüvvələri “Vaqner” arasında gərgin döyüşlər gedir.
Rusiya Prezidenti Vladimir Putin proseslərə reaksiya verib. O, Y. Priqojini “xain” adlandırıb və bütün zəruri tədbirlərin görüləcəyini söyləyib.
Əslində bu, gözlənilən idi. Belə ki, Y. Priqojin uzun müddət idi ki, Rusiya Müdafiə Nazirliyini tənqid edirdi.
Yəqin, döyüşlər bir neçə gün davam edəcək. Müharibənin taleyi də xeyli dərəcədə məhz qarşıdakı 48-72 saatdan asılıdır. Düşünürəm ki, “Vaqner”in qiyamı daxildə hakimiyyət əleyhinə narazılığı artıracaq. Xalq müharibənin ağrılarını indi başa düşməyə başlayacaq.
Əgər Y. Priqojin bir neçə gün tab gətirə bilsə, Qərbin “Vaqner”ə dəstək verməsi gözləniləndir. Əlbəttə, Ukrayna Silahlı Qüvvələləri mövcud vəziyyətdən istifadə edəcək. Qarşıdakı günlərdə Ukrayna ordusunun cəbhədə ciddi uğurlar qazanması mümkündür. Nəzərə almaq lazımdır ki, artıq Rusiyanın prioriteti Ukraynadakı vəziyyət yox, öz təhlükəsizliyidir. Bu isə o deməkdir ki, Kreml Ukraynaya əvvəlkinə nisbətən daha az diqqət ayırmalı olacaq.
“Vaqner”çilər, yəqin ki, ölkə ərazisində irəliləməyə davam edəcəklər. Nəzərə almaq lazımdır ki, onlar muzdlu qoşundur və pul üçün hər şey etməyə hazırdırlar. Üstəgəl, əllərində lazımi silah-sursat var. Buna baxmayaraq, qiyamının Rusiya hərbi-siyasi elitasında ciddi nəticələrlə yadda qala biləcəyini düşünmürəm. Amma Y. Priqojinə qarşı sui-qəsd cəhdinin olması mümkündür. Çünki, o, nə qədər çox həyatda qalarsa, hakimiyyət üçün bir o qədər ciddi təhlükə olacaq.
Bəzi analitiklərin fikrincə, baş verənlər sadəcə V. Putinin oyunudur. Belə bir ehtimal var. O, məğlubiyyətinə bəraət qazandırmaq və ya beynəlxalq ictimaiyyətin “nəbzini yoxlamaq” məqsədilə “günah keçisi” tapa bilər. Lakin hələ konkret bir söz demək üçün tezdir.
Y. Priqojinin geri çəkilmək barədə “ordu”suna verdiyi tapşırığa gəldikdə isə deməliyik ki, bu, kifayət qədər müəmmalı məsəlidir. Belə ki, V. Priqojin bunu qan tökülməsinin qarşısını almaq üçün etdiyini bildirib. Hərçənd indiyədək onsuz da kifayət qədər qan tökülüb. Və bu cür muzdlu hərbi təşkilatlar üçün qan tökmək, döyüşmək çox asandır. Məlumata görə, Belarus Prezidenti Aleksandr Lukaşenko V. Priqojini geri qayıtmağa razı salıb. İddia edilir ki, tərəflər arasında müdafiə naziri Sergey Şoyqu və baş qərargah rəisi Valeri Gerasimovun istefaya göndərilməsi barədə razılıq əldə olunub. İndiki məqamda adı çəkilən generalların istefaya göndəriləcəyinj düşünmürəm. Bu, hərbi elitadakı boşluqları dəfələrlə artıra bilər. Kremlə indiki halda bu, lazım deyil.
Fikrimcə, proseslərin ciddi nəticəsi olacaq və bu, yaxın günlərdə özünü göstərəcək.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir