KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kənan Novruzov: Hərb, ya sülh?

Kənan Novruzov: Hərb, ya sülh?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
301 0

Vəziyyət gərginləşə bilər
Ermənistanın təxribatları davam edir. Belə bir vaxtda Ermənistan baş naziri Nikol Paşinyanın sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı səsləndirdiyi bəyanat diqqət çəkir. O, bildirib ki, İrəvan demarkasiya və delimitasiya ilə bağlı üç variantın hər birinə hazırdır. Ancaq sözügedən variantların məzmunu açıqlanmayıb.
Rusiya prezidenti Vladimir Putin isə baş verənləri hələ də regionda sabitliyin formalaşmamasının təzahürü kimi qiymətləndirib. Bu, gözlənilən idi. Ümumiyyətlə, Moskvanın regiondakı çaxnaşmada maraqlı olması məlumdur. Deməli, son günlər baş verənlər Kremlin ürəyincədir. Əks halda hərbi əməliyyatlara icazə verməzdi.
Putin Qarabağ ətrafında baş verənlərlə bağlı Qərblə dialoqdadır. Rusiya Fransa və ABŞ- ı bütün imkanları ilə Cənubi Qafqazdan uzaq tutmağa çalışacaq. Rusiya yalnız aparıcı tərəf olacağı təqdirdə Minsk Qrupunun yenidən fəallaşmasına razı ola bilər. Çünki məqsədi bölgədəki mövcudluğunu gücləndirməkdir. Putinin son bəyanatı da mesaj kimi qəbul edilməlidir. O, vəziyyəti “sabitləşdirməyə” çalışacaq. Bunun üçün isə Qarabağdakı sülhməramlıların sayının artırılması və sərhəddə rus qoşunlarının yığılması məsələləri gündəmə gələ bilər. Əslində bu, təkcə Azərbaycan yox, həm də Ermənistan üçün arzuolunan ssenari deyil. Çox güman, gözlənilən, lakin baş tutmayan üçtərəfli görüşün əsas mahiyyəti də bu idi. Ola bilsin, Moskva indi “qazanı qaynatmaqla” haqlı olduğunu göstərməyə, tərəfləri çətinə salmağa və ən azı İrəvanı tam razı salmağa, müqavimətini qırmağa çalışır.
Paşinyanın sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı bəyanatında səmimi olduğuna inanmaq olar. Ancaq proseslərin Rusiyanın moderatoruğu ilə baş tutacağını nəzərə alsaq tələskənliyə yol vermək olmaz. Moskva mütləq çalışacaq ki, qazandığı daha çox olsun. Məsələn, yuxarıda qeyd olunan planlar- sülhməramlıların sayının artırılması və sərhəddə rus qoşunlarının yerləşdirilməsi üçün zəmin yaradılması istisna deyil. Buna əsla imkan vermək olmaz. Çünki Ermənistanla məsələləri özümüz də həll edə bilərik. Sadəcə Moskvanı proseslərdən mümkün olduğu qədər uzaq saxlamağa çalışmalıyıq.
Yaxın zamanlarda tərəflər arasında hansısa razılıq olmasa, hərbi əməliyyatların genişlənməsi mümkündür. Nəzərə almaq lazımdır ki, Rusiya Ermənistan ordusunu istədiyi formada idarə edə bilir. Ordu Paşinyanın təsir dairəsində deyil. Baş nazir “masaya oturmasa” işi çətinləşə bilər. Amma dediyim kimi, bizə təkcə Ermənistanın uduzması yox, eyni zamanda özümüzün udmağımız lazımdır. Bunun üçün isə geri çəkilmək olmaz. Əksinə, hərdən bir “Şah!” deməli, üçtərəfli razılaşmanın tələblərini, minalı ərazilərin xəritəsini, həmçinin Şuşaya atılan “İsgəndər-M” məsələni gündəmə gətirməklə tərəfləri fakt qarşısında qoymalı, Rusiyanın hegemon siyasətinə, Ermənistanın “şıltaqlığına” imkan verməməliyik.
Kənan Novruzov Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir