KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kənan Novruzov: Moskva “rus ruleti” oynayır

Kənan Novruzov: Moskva “rus ruleti” oynayır

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
65 0

Ukrayna ilə Rusiya arasındakı münasibətlər gərginləşməkdədir. Rəsmi Kiyev geri çəkilmir, Moskva isə hələlik müqavimət göstərir. Mövcud mənzərə onu deməyə əsas verir ki, Ukrayna özünü tək hiss etmir. Görünür, Qərb onu inandırmağı bacarıb. ABŞ sözdə Ukraynanı sonadək dəstəkləyir. Ancaq təkcə sözdə yox, əməldə də müəyyən qədər dəstəklədiyi aydındır. Dünən ABŞ prezidenti Cozef Baydenlə rusiyalı həmkarı Vladimir Putin arasındakı videogörüşdə əsas mövzu Ukrayna olub. Baydenin Ukrayna ilə bağlı mövqeyini bir daha diqqətə çatdırması istisna deyil. Amma daha çox ehtimal olunan ABŞ dövlət başçının müəyyən qədər geri addım atması, Rusiyanı arxayın salmasıdır. Nəzərə almaq lazımdır ki, Vaşinqton və Moskva “mehriban düşmən”dirlər. Rusiya bir neçə regionda, o cümlədən Cənubi Qafqazda ABŞ- ın “ayağına dolanır”. Odur ki, Qərb məhz Ukrayna amilindən istifadə edərək Rusiyanı zəiflətmək niyyətindədir. Bu mənada Ukrayna ilə müharibənin başlanması ABŞ- a sərf edir. Hər halda dünənki dialoqun necə keçdiyini gələcək həftələr göstərəcək.
ABŞ kəşfiyyatının məlumatına görə, yanvarda sərhəddə vəziyyət ən kritik həddə çatacaq. İnformasiya dəqiqdirsə, deməli, ABŞ proseslərə tam nəzarət edə bilir. Hətta ssenariyə təsir etmək imkanına malik olması da tam mümkündür.
“Foreign Policy” jurnalı Ukraynanın ABŞ- dan silah- sursat təminatı barədə xahişi ilə bağlı bu günlərdə xəbər yayıb. Çox güman, Vaşinqton Kiyevə istədiyi yardımı edəcək.
NATO Baş Qərargah rəislərinin təcili iclası və Ukrayna ilə bağlı vəziyyətin əsas müzakirə mövzularından biri olması hazırkı durumunu ciddiliyini bir daha ortaya qoyur. Dünənki görüşdə Bayden “sağ göstərib, sol vurmayıbsa”, və ya liderlər arasında gizlin razılıq əldə olunmayıbsa, çox güman, gərginlik artan templə davam edəcək. Çünki Zelinski özü də yaxşı başa düşür ki, bu qədər həngamədən sonra birdən- birə geri çəkilməsi daxili narazılıqlara səbəb olar. Odur ki, yaxın aylarda genişmiqyaslı hərbi əməliyyatların başlanması qətiyyən istisna deyil. Bu isə Rusiya üçün ölüm- dirim savaşı olacaq. Bir sözlə, Moskva indi “rus ruleti” oynayır. Və bu “oyunun” sonunda mütləq kiminsə “başı ağrıyacaq”.
Kənan Novruzov Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.