KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Hasan Oktay: Nəçirvan Bərzaninin Azərbaycan səfəri Türkiyə ilə münasibətlərə necə təsir edəcək?

Hasan Oktay: Nəçirvan Bərzaninin Azərbaycan səfəri Türkiyə ilə münasibətlərə necə təsir edəcək?

Hasan Oktay Hasan Oktay - - 2 dk okuma süresi
218 0

Xəbər verdiyimiz kimi, İraq Kürd Muxtariyyətinin rəhbəri Nəçirvan Bərzani Azərbaycana səfər edib. Səfər çərçivəsində N.Bərzani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşüb. Görüşdə bir sıra məsələlər müzakirə edilib.

Görüş barəsində Ednews-a şərh verən türkiyəli politoloq Hasan Oktay bildirdib ki, Bərzaninin Azərbaycana səfəri terrorla mübarizədə əməkdaşlıq təmin edəcək:

“1990-cı il körfəz böhranında ortaya çıxmağa başlayan Şimali İraqın regional rəhbərliyi Bərzani ailəsinin nəzarəti altında faktiki olaraq varlığını davam etdirir. Türkiyə ilk vaxtlar bu strukturdan son dərəcə narahat idi və bu bölgədə kürd dövlətinin qurulmasından narahatlığını və etirazını davam etdirirdi. ABŞ İraqdan çəkildikdən sonra bölgə hökuməti PKK və İran təhlükəsi ilə üz-üzə qalıb və bölgə hökuməti Türkiyə ilə yaxşı münasibətlərə başlayıb. Bərzani ailəsi İran və PKK-ya qarşı regional ittifaqlar axtarırdı.

Türkiyə Suriyadakı prosesləri izləyərkən, PKK-nın Şimali İraqdakı düşərgələrini bombalayaraq terror təşkilatının qarşısını almaq istəyir. Bərzaninin Azərbaycana səfəri terrorla mübarizədə əməkdaşlıq təmin edəcək. Eyni zamanda, İranın regional hala salınmasının qarşısını almaq üçün zəruri addımdır”.

Qeyd edək ki, cari ilin fevralın 18-də Azərbaycan Prezidenti İlham Əliyevlə İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani arasında görüş olub.

Neçirvan Bərzani Azərbaycanla İraqın Kürdüstan regionu arasında əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu deyib.

O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi nailiyyətlər münasibətilə təbriklərini çatdırıb, dövlətimizin başçısının uzaqgörən siyasəti nəticəsində ölkəmizin uğurla inkişaf etdiyini vurğulayıb.

Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələrinin mövcud olduğunu bildirən dövlət başçısı bu çərçivədə üçtərəfli əməkdaşlıq mexanizmlərinin perspektivdə nəzərdən keçirilə biləcəyini deyib.

Oğuz
https://ednews.net/az/news/politics/608430-necirvan-berzaninin-azerbaycan-seferi-turkiye

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir