KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Kənan Novruzov: İran başa düşür ki, Azərbaycanla münasibətlərin pisləşməsi onun ziyanınadır

Kənan Novruzov: İran başa düşür ki, Azərbaycanla münasibətlərin pisləşməsi onun ziyanınadır

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
224 0

ABŞ-nin Müharibə Araşdırmaları İnstitutundan bildirilib ki, son günlər baş tutan intensiv təmaslar və görüşlər onu deməyə əsas verir ki, İran liderləri Cənubi Qafqazdakı gərginliyi diplomatik yolla həll etmək istəyir. Amerikalı analitiklər son həftələrdə İran təmsilçilərinin Azərbaycan, Türkiyə və Ermənistan rəsmiləri ilə telefon danışıqlarına və görüşlərinə diqqət çəkiblər.
Qeyd olunub ki, İran rəhbərliyi Zəngəzur dəhlizinin açılması ilə bağlı dəfələrlə narahatlıqlarını bildiriblər: “Çünki beləliklə, Azərbaycanı birbaşa Türkiyə ilə birləşdirəcək və İranın iqtisadi cəhətdən Avropa və Rusiya bazarlarına çıxışını əngəlləyəcək”.
Məlum olduğu kimi, son zamanlar İran, Azərbaycan və Türkiyə rəsmiləri arasında təmaslar intensivləşib. Türkiyənin xarici işlər naziri Hakan Fidan İranda həmkarı Hüseyn Əmir Abdullahianla görüşüb. Bundan başqa, sentyabrın 13-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri arasında telefon danışığı olub. Məhəmməd Hüseyn Baqeri İranın Azərbaycanla sərhədə qoşun yığması barədə iddiaları təkzib edib.
Sentyabrın 14-də isə Azərbaycanın Baş prokuroru Kamran Əliyev iranlı həmkarı Mohammad Kazem Movahedi-Azadla görüşüb. Tehrandakı Azərbaycan səfirliyinə hücumla bağlı cinayət işinin məhkəməyə göndərildiyi, eləcə də, İranda məhkum edilən Azərbaycan vətəndaşı Fərid Səfərli barəsində cinayət işi müzakirə olunub.
Ümumiyyətlə, görünür, rəsmi Tehran gərginlikdən mümkün qədər çəkinməyə çalışır. Əlbəttə, Tehranın bu qərarında Türkiyənin də mühüm rolu var. İran əmindir ki, “suları bulandırmağa” cəhd etsə, Türkiyə prosesə müdaxilə edəcək.
Üstəgəl, ABŞ-la Ermənistan arasındakı birgə hərbi təlim İranın xoşuna gəlməyib. Rəsmi Tehran bu barədə mövqeyini açıq ifadə edib. İrəvanın Tehranın maraqlarına zidd addımlar atması, şübhəsiz ki, İranın da regionla bağlı daha adekvat mövqe ortaya qoymasına səbəb olur.
Üçüncü bir tərəfdən, İran başa düşür ki, Zəngəzur dəhlizinin açılması qaçılmazdır. Hətta məsələ bu il həllini tapa bilər. Ona görə də rəsmi Tehran destruktriv mövqeyin mənasız olduğunu başa düşür.
Tehran, yəqin, bundan sonra da mövcud gərginliyin aradan qalxmasına çalışacaq. İranın bu istiqamətdə müəyyən addımlar atması gözləniləndir. Amma cənub qonşumuz gələcəkdə yenə də ritorikasını dəyişə bilər.
Kənan Novruzov

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir