KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kənan Novruzov: Ermənistanla sülh müqaviləsi uzaqda deyil: İyunun 1- də…

Kənan Novruzov: Ermənistanla sülh müqaviləsi uzaqda deyil: İyunun 1- də…

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
64 0

 

Prezident İlham Əliyev dünən Laçın rayonunun sakinləri ilə görüşündə çox mühüm mesajlar verib.

O bildirib ki, artıq Ermənistan bizim ərazi bütövlüyümüzü tanıdıqdan sonra faktiki olaraq sülh müqaviləsi üçün hər hansı bir ciddi maneə qalmayıb.

Dövlətimizin başçısı əminliyini ifadə edib ki, yaxın gələcəkdə, – əgər yenə də Ermənistan saxtakarlıq etməsə və yenə də öz mövqeyini dəyişməsə, – sülh müqaviləsi imzalana bilər. “İmzalansa, çox yaxşı, imzalanmasa da, hər halda Azərbaycan dövləti buna görə heç bir problemlə üzləşə bilməz. Çünki güclü tərəf bizik, danışıqlar masasında güclü mövqeyə sahib olan bizik, sərhəddə güclü mövqelərə sahib olan bizik. Sülh müqaviləsi imzalanmasa da, biz rahat və təhlükəsizlik şəraitində yaşayacağıq”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.

Ölkə rəhbərinin fikirləri bir daha onu deməyə əsas verir ki, hazırda sülh bizdən daha çox İrəvana lazımdır. Birincisi ona görə ki, Vətən müharibəsindən sonra regionda “oyun şərtlərini” Azərbaycan diktə edir. İkincisi isə faktiki olaraq Ermənistan təxribatlarına ara vermir və hər sabotaj cəhdi bu dövlətə baha başa gəlir. Məsələ ondan ibarətdir ki, tərəflər arasında sərhədlər hələ ki, müəyyənləşməyib. Bu isə o deməkdir ki, Azərbaycan Silahlı Qüvvələri düşmənin təxribatlarına adekvat cavab verməklə yanaşı, həm də sərhədi özü müəyyənləşmək iqtidarındadır. Bu isə İrəvana üçün arzuolunan deyil.

Bundan başqa, sülh müqaviləsinin imzalanması təkcə Ermənistanın xarici siyasətinə yox, həm də daxildəki vəziyyətinə təsir edir. Çünki ölkə daxilində Azərbaycanla normallaşma əlaqələrini istəyən və buna qarşı çıxan qütblər var. Proses uzandıqca onlar arasında gərginlik artır. Bu isə Ermənistandakı qeyri – sabitliyi daha da gücləndirir.

Məlumdur ki, sülh müqaviləsində maraqlı olmayan üçüncü qüvvələr var. Zaman- zaman təkrarlanan təxribatlarda həmin qüvvələr də müəyyən rol oynayır. Amma bu, təxribatlara bəraət ola bilməz. Ermənistan hərbi – siyasi hakimiyyəti revanşist cəhdlərdən uzaqlaşmaqla yanaşı, həm də başqasının maşası olmamalıdır.

Maraqlıdır ki, bu günlərdə sülh müqaviləsinin yaxın gələcəkdə imzalanmasına dair iddialar səsləndi. Belə ki, Kremlin sözçüsü Dmitri Peskov, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva bu barədə bəyanatlar veriblər.

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın iyunun 1- də Moldovanın paytaxtı Kişinyouda keçirilən görüşündə müqavilənin imzalanması gözləniləndir. Əlbəttə, bu, sadəcə ehtimalıdır. Müqavilə imzalanmaya də bilər. Hərçənd artıq regionda maraqlı olan bütün tərəflər başa düşür ki, sülh müqaviləsi qaçılmazdır və bunun alternativi yoxdur. Hamı bilir ki, rəsmi Bakı öz iradəsi nəticəsində maraqlarını təmin etməyə qadirdir.

Əgər Ermənistan iddia edildiyi kimi, iyunun 1- də sülh müqaviləsinin imzalanmasında maraqlıdırsa, onda gərək həmin vaxtadək hərbi- siyasi təxribatları olmasın, revanşist bəyanatlar verilməsin. Çünki bu kimi addımlar ancaq pozuculuq xarakteri daşıyır və İrəvanın səmimiliyini ciddi şübhə altına salır.

Beləliklə, iyunun 1- də sülh müqaviləsinin imzalanması sadəcə iddiadır. Düşünürəm ki, bundan əvvəl daha bir neçə razılaşmanın əldə olunması da mümkündür. Lakin bütün hallarda sülh müqaviləsi artıq “bişib”…
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir