KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kənan Novruzov: 2023- cü il siyasi proqnozlar: Zəngəzur dəhlizi açılacaq, döyüşlər Rusiya ərazisinə keçəcək…

Kənan Novruzov: 2023- cü il siyasi proqnozlar: Zəngəzur dəhlizi açılacaq, döyüşlər Rusiya ərazisinə keçəcək…

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
295 0

Yola saldığımız 2022- ci il bir sıra siyasi proseslərlə yadda qaldı. Artıq regionda və beynəlxalq müstəvidə yeni geosiyasi reallıqlar yaranır. 2023- cü ilin də siyasi kontekstdən yaddaqalan olacağını düşünmək olar.

Beləliklə, proqnozlaşdırmaq olar ki, bu il Zəngəzur dəhlizi açılacaq. Məlum olduğu kimi, Zəngəzur dəhlizinin açılmasına ən böyük əngəl yaradan dövlət İrandır. Amma İranda daxili vəziyyət stabil deyil. Bu isə istər – istəməz molla rejiminin xarici siyasətinə də təsir edir. Rəsmi Tehran artıq əvvəlki hegemonluğunu davam etdirə bilməz.

Xüsusilə nəzərə almaq lazımdır ki, dəhlizin açılması Qərbin də marağındadır. ABŞ və müttəfiqləri İrandakı qeyri – sabitlikdən istifadə edərək bu dövlətə təzyiqləri artıra bilərlər.
Fikrimcə, Azərbaycan iqtidarı da dəhlizin açılmağına hazırlaşır. Naxçıvanda baş verən proseslər həm də bu kontekstdən qiymətləndirilməlidir.

İkincisi, Türkiyə yanvar- fevral aylarında Suriya və İraqın şimalında quru əməliyyatlarına başlaya bilər. Türkiyə Silahlı Qüvvələri həmin ərazilərdə hava əməliyyatlarına başladığı ilk gündən etibarən belə bir ehtimal var. Doğrudur, quru əməliyyatlarının başlamasını nə Rusiya istəyir, nə də Suriya. Deməli, onlar Ankaranın təhlükəsizliklə bağlı qayğılarını nəzərə almalı, terrorçuları Suriya və İraqdan çıxarmalıdırlar. Bunu isə Qərb istəmir. Çünki ABŞ və müttəfiqləri terrorçulardan Türkiyəyə təzyiq mexanizmi kimi istifadə edirlər. Bu mənada terrorçuların dinc yolla Suriya və İraqdan çıxarılması ağlabatan deyil. Onu da nəzərə almaq lazımdır ki, ehtimal edilən quru əməliyyatları prezident seçkiləri ərəfəsində hakim AK partiya iqtidarının xeyrinə ola bilər.

Üçüncüsü, Şərqi Avropada NATO- nun Ukraynaya dəstəyi artacaq. Alyans Rusiyanın daha da zəiflədilməsi üçün Ukraynaya yeni texnikalar verəcək.

Dördüncüsü, döyüşlər Rusiya ərazisinə keçəcək. Rəsmi Kiyev və NATO artıq bunun anonsunu veriblər. Nəzərə almaq lazımdır ki, döyüşlər Rusiya ərazisinə keçərsə, Ukrayna bu addımına haqq qazandıra biləcək. Bildiriləcək ki, təhdid nöqtələri susdurulub. İkincisi isə Rusiya sentyabr ayında işğal altındakı bəzi vilayətlərində, o cümlədən Donetsk və Luqanskda saxta referendum keçirmiş, həmin əraziləri özünə ilhaq etmişdi. Həmin ərazilərdə döyüşlər davam edir. Bu isə o deməkdir ki, döyüşlər Sankt- Peterburq, Moskva və digər şəhərlərə keçərsə, Kreml bir söz deyə bilməz. Əks halda Donetsk və Luqanskın Rusiyaya məxsus olmadığını etiraf etmiş olar.

Beşincisi, bu il savaşın miqyası daha da genişlənə, iştirakçıların sayı arta bilər. Nəticədə üçüncü dünya müharibəsinin elan olunması mümkündür.

Altıncısı, bu il İsraillə İran arasında münasibətlərin daha da gərginləşəcəyi, hətta müharibə səviyyəsinə çatacağı gözlənilir.

Yeddincisi, bu il İrandakı aksiyaların rejimi daha da genişlənə, rejim əleyhinə təhdidlər arta bilər. Nəzərə almaq lazımdır ki, Qərb bu məsələdə xüsusilə maraqlıdır. ABŞ və müttəfiqləri İranda məqsədlərinə nail olmadan mövcud rejimdən əl çəkməzlər.

Səkkizincisi, ABŞ və Çin arasında ziddiyyətlər arta bilər. Rusiya və İrandan sonra ABŞ – ın Çini də sıxışdırmağa cəhd etməsi istisna deyil.

Doqquzuncusu, çox güman, Türkiyədə keçirilən prezident seçkilərində hakim AK parti yenə də qalib gələcək. Çünki o qədər də ciddi rəqib yoxdur. Üstəgəl, Ərdoğanın verdiyi müjdələr və xarici siyasət xətti mövcud iqtidarın şanslarını daha da artırır.
Kənan Novruzov Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir